KÖHNƏ VERSİYA            

Bakının icra hakimiyyətlərində monitorinqlərə mətbuat da qoşula bilər(?)

Image

İlqar Hüseynli: “Monitorinqin obyektiv, şəffaf keçirilməsi üçün medianın, QHT-lərin, müstəqil ekspertlərin iştirakı təmin edilməlidir”

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonları icra hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən növbəti müşavirədə bir sıra məsələlər, o cümlədən də paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin vəziyyəti və digər məsələlər müzakirə edilib. 

Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələrindən danışılıb, bildirilib ki, son vaxtlar Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə müsbət dəyişikliklər müşahidə edilib. 

Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə olunub və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. Tədbirdə çıxış edən Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident  İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onların təmiz işləmələrini və təvazökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzi mənfi hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon icra hakimiyyətlərinin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb olunub. Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələr bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Bakı rayonlarının icra başçılarına tapşırıq verib. Həm də bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələr bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq. Yəni bu istiqamətdə monitorinq davam etdiriləcək. Bu qruplar Bakı rayonlarının icra başçıları ilə bu monitorinqi necə aparacaq? Həmin monitorinq qrupunun mətbuatla əlaqələrinin qurulması mümkündürmü? Onlar bu işə mətbuatı cəlb etsələr necə olar? Bu monitorinq qrupu Bakı rayonlarının icra hakimiyyətlərində hansı məsələlərə diqqət yetirməlidir? Onun obyektiv monitorinq aparması Bakıda ümumi proseslərə necə təsir edəcək?

Ekspertlərin bildirdiyinə görə, monitorinqin nəticələrinin daha şəffaf olması üçün prosesə mətbuatın da, QHT-lərin də cəlb edilməsi çox vacibdir. İctimaiyyəti təmsil edən nümayəndələrin monitorinq qrupunun işinə böyük faydası dəyəcəyini deyən ekspertlər hesab edirlər ki, BŞİH bu nüansı nəzərə almalıdır. Ekspertlərin fikrincə, mətbuat və QHT nümayəndələri Bakı rayonlarında baş verənləri çox yaxşı bilirlər və zaman-zaman bir sıra problemlər, o cümlədən də qanunsuz tikililərlə bağlı məsələləri ictimailəşdiriblər. Ekspertlər deyir ki, əsas problemlərdən biri qanunsuz tikililərdir ki, bir çox Bakı rayonlarında buna rəvac verilir. Bu baxımdan, monitorinq qrupunun bu məsələni xüsusi diqqətdə saxlamamalı olduğunu deyən ekspertlər bir daha vurğuladılar ki, monitorinq qrupuna media və QHT nümayəndələrinin salınması prosesin daha obyektiv şəkildə aparılmasına yardımçı olar. 

“Müstəqil ekspertlər mətbuat vasitəsilə problemləri üzə çıxarıb nəticəni dövlət qurumlarına təqdim etməlidir” 

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, dünyada icraedici qurumun özünün özündə monitorinq aparması təcrübəsi yoxdur. “Dünyada belə bir təcrübə yoxdur ki, icraedici orqan özü özü  üçün monitorinq qrupu yaradıb hansısa müşahidələr, monitorinqlər aparsın. Belə bir təcrübəyə başqa yerdə rast gəlməmişəm. Nəyi yoxlayacaqlar, nəyin monitorinqini aparacaqlar? Əgər söhbət dövlətin büdcəsinə nəzarətdən gedirsə, burada monitorinq qrupunun hər hansı bir səlahiyyəti olmayacaq ki, gedib büdcə vəsaitlərinin xərclənməsi ilə tanış olsunlar. Mənə elə gəlir ki, müstəqil ekspertlərin, jurnalistlərin, QHT-lərin bu prosesdə iştirakı daha faydalı olar. Müstəqil ekspertlər, mətbuat vasitəsilə probelmləri üzə çıxarıb nəticəni dövlət qurumlarına təqdim etməliyik. Eyni zamanda Bakıda baş verən bu tikinti-quruculuq işlərinin birdən-birə bu qədər vüsət alması bizim  COP29-a ev sahibliyi etməyimizlə bağlıdır. Hesab edirəm ki, bu tikinti-quruculuq işləri yalnız COP29 və digər beynəlxalq səviyyəli tədbirlər öncəsi aparmamalıydı, biz mütəmadi bu işləri görməliyik”-deyə İ.Hüseynli bildirdi.

İ.Hüseynlinin sözlərinə görə, şəhər təsərrüfatı ilə bağlı bir sıra problemlər var ki, onlara xüsusi diqqət yetirilməsi vacibdir. O qeyd etdi ki, qarşıdan qış mövsümü gəlir və Bakı rayonlarında qışa hansı şəkildə hazırlanması məsələsinə diqqət yetirilməlidir. “Qarşıdan qış gəlir və qışa hazırlıq çox vacib məsələlərdən biridir. Dünyanın əksər ölkəsində qış mövsümünə hazırlıq prosesinə sentyabr ayında başlanır. Çox yaxşı olar ki, qışa hazırlıqla bağlı ciddi tədbirlər görülsün. Fikrincə, BŞİH-nin öz strukturlarından yaratdığı monitorinq qrupu hər hansı obyektiv gerçəyi əks etdirən işlərlə məşğul olmayacaq. Bu səbəbdən də hesab edirəm ki, monitorinqin obyektiv, şəffaf keçirilməsi üçün medianın, QHT-lərin, müstəqil ekspertlərin iştirakı təmin edilməlidir. Ümumiyyətlə, bu işlə müstəqil ekspertlər məşğul olmalıdır”-deyə İ.Hüseynli bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031