Sevil Mikayılova növbəti görüşünü Çaykənarı kənd seçiciləri ilə keçirib
Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçkiqabağı təşviqat çərçivəsində növbəti görüşünü Çaykənarı kənd seçiciləri ilə keçirib.
Seçicilərin fəal iştirak etdiyi görüşdə Sevil Mikayılova Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə əldə etdiyi uğurlardan, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən, ölkəmizdə aparılan sosial-iqtisadi islahatlardan və inkişaf proseslərindən söhbət açıb. Şəhidlərin qanı canı bahasına əldə edilmiş Qələbənin tarixi əhəmiyyəti barədə danışan namizəd gənc nəslin tərbiyəsində bu tarixi hadisənin xüsusi önəm daşıdığını diqqətə çatdırıb.
Görüş zamanı həmçinin Sevil Mikayılova deputat kimi fəaliyyəti dövründə gördüyü işlər barəsində seçiciləri ətraflı məlumatlandırıb, seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.