Daşkənddə Prezident İlham Əliyev və Şavkat Mirziyoyevin məhdud tərkibdə görüşü olub - FOTO
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulanıb, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olunub, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.