Ermənilər Ukraynada SOKAR- a qarşı kampaniya aparır- "SOKAR-a 1 sent də verməyin"
"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində son günlər Ukraynadakı sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan qaralama kampaniyası barədə maraqlı paylaşım edib. A.Quliyev yazır: "Ukraynanın sosial şəbəkə seqmentlərində Azərbaycan əleyhinə qara kampaniya başlayıb. Ermənistan mediasında bununla bağlı müntəzəm və şişirdilmiş informasiyaların həvəslə tirajlanması aydın göstərir ki, "işdə erməni barmağı var". Ermənilər Ukraynada qeydiyyatdan keçmiş saxta sosial şəbəkə səhifələrindən cəmiyyətə çağırışlar edir, ukraynalıları SOKAR- ın bu ölkədəki yanacaqdoldurma məntəqələrinin xidmətindən imtinaya çağırırlar. Putinin Bakı səfərindən və " Qazpromun" Azərbaycanla çoxplanlı strateji partnyorluğu genişləndirmək barədə məlumatından sonra ermənilər kampaniyanı daha da canlandırıblar. Putinin Bakıda mehriban qarşılanmasından guya qeyzlənmiş ukraynalılar, əslində isə ermənilər kampaniyaya "SOKAR- a 1 sent də verməyin" adı qoyublar..
Əslində bu kampaniyanın özündə erməniləri ifşa edən məqam ondan ibarətdir ki, SOKAR- ın bu ölkədəki çoxsaylı YDM- nin aylardan bəri Ukraynanın təcili tibbi yardım və fövqəladə xidmət texnikasını pulsuz yanacaqla təmin etdiyini bilmədən qabartmış olurlar.
İkinci, hadisənin arxasında erməni barmaqlarının olduğunu bu fakt da sübut edir ki, sanksiyalardan yan keçərək Rusiyaya qeyri - şəffaf ixracı artıran Ermənistana qarşı Ukraynada dözüm göstərilir, ancaq Putin çox dəfələrlə gəldiyi Bakıya növbəti səfər edən kimi Azərbaycan və SOKAR top- tüfəngə tutulur. Maraqlı deyil? Azərbaycanla Rusiyanın ticarəti cəmi 17 faiz artaraq 4,5 milyard dollar təşkil etdiyi halda, Ermənistan- Rusiya ticarəti qısa vaxtda 3 dəfə sıçrayaraq 7,5 milyarda çatıb. Ermənistandan Rusiyaya ixrac niyə bu sürətlə artıb? Demək, Rusiya üçün nəzərdə tutulmuş və sanksiya altında olan hansısa mallar əvvəl Yerevana, sonra Rusiyaya daşınır. Bəs nə üçün Ukraynanın sosial şəbəkə aktivistləri Ermənistana qarşı kampaniya başlamır? Ukraynaya xüsusi səfər edən hansı ölkənin birinci ledisi idi? Ukraynada genosid törədildiyi deyilən qəsəbəni hansı ölkənin səfiri ziyarət etdi?Ukrayna üzrə beynəlxalq sülh konfransına hansı ölkənin baş naziri getdi?Sualların hamısının cavabı Ermənistandır.
Güman edirəm, bunlardan sonra Ukraynadakı antiazərbaycan kampaniyasının kökünün hardan gəldiyinə şübhəniz qalmaz.
Təki Ukraynanın siyasət və dövlət elitası bunu anlasın."
Mətləb