Azərbaycanın amfibiya təyyarəsi meşə yanğını ilə mübarizəyə cəlb olunub
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
FHN-dən verilən xəbərə görə, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Mətləb Salahov