Şirvanda ölümlə nəticələnən yol qəzası olub
Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan mətbuata verilən məlumata görə, qəza nəticəsində piyada ölüb. Şirvan şəhər sakini Əlvan Zeynalov İstiqlaliyyət küçəsində “Chery” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçməkdə olan piyadanı vurub. Piyada, şəhər sakini Sabir Ələkbərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb Salahov