Ukrayna Kurskda AES-i vurmağa cəhd etdi – Putin MAQATE-ni bölgəyə çağırdı...
Ukrayna sərhədində yerləşən Kursk, Belqorod və Bryansk vilayətlərindəki vəziyyətlə bağlı son vəziyyətin müzakirə edildiyi iclasda çıxış edən Rusiya prezidenti Putin bildirib ki, Kiyev iki gün əvvəl Kurskdakı Atom Elektrik Stansiyasını vurmağa cəhd edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmilərinin bölgəyə gəlməsinin gözlənildiyinə deyən Rusiya prezidenti bildirib ki, AES-ə hücum barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verilib və onlar vəziyyəti qiymətləndirmək üçün ekspertlər göndərəcəklərinə söz veriblər: “Ümid edirəm, bunu edəcəklər".
Kursk, Belqorod və Bryansk qubernatorlarına müraciət edən Putin regional müdafiə birliklərinin ehtiyac duyduğu maddi təchizatın dərhal təşkil edilməsini tələb edib və əlavə edib ki, mülki şəxslərə lazım olan bütün dəstək tam şəkildə təmin edilməlidir.
TAHİR