Çexiya lideri Zelenskinin sülh şərtlərini illüziya adlandırdı – reallıq başqa cür olacaq, Avropa da bunu qəbul edəcək...
Çexiya lideri Petr Pavel deyib ki, Ukrayna prezidenti Zelenskinin istədiyi ədalətli sülh çox güman ki, illüziyadır.
Pavelin sözlərinə görə, Ukrayna hökuməti 2022-ci ildə Rusiyanın tərkibinə qatılan Krım və Donbas bölgələrinə nəzarəti bərpa etmək və Rusiyadan dəymiş ziyana görə, kompensasiya tələb etmək istəyir.
"Ancaq yəqin ki, hamımızın başa düşdüyü kimi, bu, illüziyadır. Reallıq başqa cür olacaq", - dövlət başçısı qeyd edib.
O, əlavə edib ki, hətta sülh danışıqları aparılsa belə, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinə nəzarət etməkdə davam edəcək.
Çexiya prezidenti həmçinin bildirib ki, Avropa ölkələri bu regionları “Ukraynanın suverenliyinin bərpası prosesində müvəqqəti işğal olunmuş ərazilər” kimi qəbul edəcək.
TAHİR