KÖHNƏ VERSİYA            

Ermənistanda “Arsaxı yenidən işğal” çağırışları güclənir...

Image

Qasım Hacıyev: “Voskanyanın Qarabağı yenidən işğal etmək çağırışının erməni cəmiyyətinə ciddi təsir göstərəcəyinə inanmıram”

Ermənistanda revanşist qüvvələrin fəaliyyəti geniş miqyas alıb. Diqqətçəkən məqamlardan biri odur ki, onların sırasında adını alim, elm adamı qoyanlar da var. 

Bir tərəfdən, Ermənistan hökuməti sülhdən danışır, tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını, Qarabağ sevdasından əl çəkdiklərini, Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını deyir, bu ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını çıxarmaq istədiklərini üstüörtülü şəkildə bildirirlər, o biri tərəfdən isə erməni alimləri sülhə balta vuran çıxışlar edirlər. Bunların alimləri sülhü yox, Qarabağın yenidən işğalının zəruriliyini təbliğ edirlər. Bu günlərdə İrəvan Dövlət Universitetinin (YDU) Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan çox cəfəng iddia ilə çıxış edib. Voskanyan “erməni mədəniyyət abidələrini xilas etməyin yeganə yolu Artsaxın yenidən azad edilməsidir” kimi cəfəng iddia irəli sürüb. O, erməniləri yenidən işğala sürükləyir. 

Voskanyanın cəfəng fikirlərinin üstündə çox dayanmaq istəmirik. Amma onun iddia etdiyi bəzi məqamlara toxunmaq istəyirik. Yenə də ağvan (alban) məsələsini ortaya atan Voskanyan iddia edir ki, guya ağvanların Azərbaycana aidiyyəti yoxdur. Voskanyan tamamilə reallıqdan uzaq düşünür və erməni cəmiyyətini növbəti dəfə uydurma, cəfəng iddiaların ardınca salmağa çalışır. 

Voskanyanın cəfəngiyatı bir daha onu sübüt edir ki, erməni alimləri Azərbaycana qarşı ərazi iddiaları prosesinə qoşulublar. Yəni Ermənistan hakimiyyəti başqa söz deyir, amma erməni alimləri ictimaiyyəti başqa məsələyə, işğala hazırlayırlar. 

Erməni mediasında bu cür həqiqətlə uzlaşmayan məsələlərə çox yer verilir. Voskanyanın dedikləri azmış kimi, “Artsax Respublikası parlamentüinin fraksiyaları” da birgə antiazərbaycan çağırışı ediblər. Artıq məhv edilmiş oyuncaq bir rejimin tör-töküntüləri olan bu dəstə öz ömrünü başa vursa da, yenə də özlərinin mövcudluğunu sübut etməyə cəhdlər göstərirlər. Halbuki, bu qondarma “parlament” çoxdan buraxılmalı idi. Amma təəssüf ki, bunların Ermənistanda fəaliyyəti yenidən aktivləşir.

Qondarma rejim 2023-cü ilin sentyabr ayının sonlarında özünü buraxdı. Buna görə də onlar Azərbaycandan rahatlıqla çıxıb gedə biliblər. Onu da deyək ki, Samvel Şahramanyan 2024-cü ilin yanvarından qondarma rejimin qalıqlarının tamamilə ləğv ediləcəyini bəyan etmişdi. Amma gördüyünüz kimi, onlar gedib orada ziyanlı, separatçılıq fəaliyyətlərini yenidən bərpa ediblər və Azərbaycanda keçiriləcək  COP29 əleyhinə çağırışlar edirlər, cəfəng fikirlər irəli sürürlər.  Yenə də baş verməyən etnik təmizləmədən, Bakıda həbsdə saxlanılan separatçı “liderlərin” azadlığa çıxarılmasının vacibliyindən danışırlar. Guya onların heç bir günahı yoxdur, guya Azərbaycan Qarabağı “işğal edib” və sair iddialar səsləndiriblər. Yalançı göz yaşları və uydurmaları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyirlər. 

Bir yandan erməni alimləri antiazərbaycan təbliğatı ilə cəmiyyəti işğalçılığa sövq edir, başqa bir tərəfdən də separatçı qurumun tör-töküntüləri İrəvanda fəaliyyətlərini bərpa ediblər.

“...Yerlərini bilsinlər  və sülhə mane olmasınlar” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, başda Voskanyan olmaqla, erməni alimlərinin bu davranışları suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Voskanyana qədər yüzlərlə yalan uyduran erməni alimləri olub. 200 ilə yaxındır ki, Qriqoryan kilsəsi də daxil olmaqla ermənilər yalanlar uydurmaqla məşğuldurlar. Ondan əvvəl yazan erməni alimlərinin çap etdirdiyi saxta kitablar, məqalələr heç bir nəticə vermədiyi kimi, Voskanyanın da irəli sürdüyü çürük təkliflər nəticə verməyəcək. Torpaqlarımız işğalda olduğu dövrdə erməni alimlərinin yazdıqlarının bir təsiri var, o da xalqımıza əziyyət vermək idi. Həm torpaqlarımızı işğal etmişdilər, həm də yalanlar uydururdular. Bu da bizim insanlara pis təsir edirdi. Amma indi onların dedikləri də, yazdıqları da heç bir rol oynamır. Voskanyanın uydurmaları ondan əvvəl saxtakarlıqla məşğul olanların uydurmalarından çox-çox zəifdir. Nə mənada? Voskanyan yalnız özünü psixoloji cəhətdən rahatlamaq üçün, tutduğu vəzifəni qorumaqdan ötrü ermənilərin gözünə kül üfürmək üçün belə çıxışlar edir. Voskanyan özü də yaxşı bilir ki, Qarabağda heç bir erməni irsi olmayıb və o torpaqların ermənilərə aidiyyəti yoxdur. Gerçəyi bilə-bilə bədbəxt erməni xalqını aldadır, bu nağıllarla onların başını qatmaq istəyir. Voskanyanın Qarabağı yenidən işğal etmək barədə çağırışının erməni cəmiyyətinə ciddi təsir göstərəcəyinə inanmıram. Çünki artıq Ermənistan hökuməti də, ermənilərin mütləq əksəriyyəti də reallıqla barışıb. Bu mənada onun çağırışına ancaq özü kimi revanşistlər qoşula bilər”. 

Q.Hacıyevin sözlərinə görə, erməni alimlərinin böyük əksəriyyəti heç zaman sülh istəməyib, xalqın sülh istəyinə qarşı çıxıblar. “Ümumiyyətlə, təkcə Voskanyan deyil, başqa erməni alimləri də heç vaxt sülh tərəfdarı olmayıblar, erməniləri hər zaman işğala, revanşizmə sürükləyiblər. Çünki onların antisülh çağırışlarının kökündə başqa niyyət durur. Bu adamlar həmişə müəyyən mərkəzlərdən pul alıb onların sifarişini yerinə yetiriblər. Bu alimlər xarici ağalarının sifarişi ilə bu hərəkətləri edirlər. 

Bu adam həddən artıq savadsızdır, nə danışırsa hamısı yalandır. Onun çağırdığı bayatılar köhnə bayatılardır, elmlə, tarixi faktlarla heç bir əlaqəsi yoxdur. Qarabağın tarixini saxtalaşdırmaqla onu ermənilərə bağlamaq gülüncdür. Vaxtilə başqa erməni alimləri də bu cür cəfəngiyatlar danışırdılar. O da bu şər-böhtanı davam etdirir. Əvvəla, Qarabağ heç zaman erməni torpağı olmayıb, heç olmayacaq da. Odur ki, Voskanyan kimiləri yerlərini bilsinlər  və sülhə mane olmasınlar. Qarabağ məsələsi çoxdan bitib və bu müzakirə mövzusu deyil. 

İndi İrəvandan, Qərbi Azərbaycan toraqlarından danışmaq lazımdır. Əgər o obyektiv şərqşünasdırsa tarixi öyrənsin, həqiqəti etiraf etsin. Alim düz danışmalı, həqiqəti yazmalıdır. Görək o, həqiqi alimdirmi? O gerçəyi etiraf edib erməni xalqına bildirməlidir ki, nəinki Qarabağın, eləcə də Ermənistan adlandırılan Qərbi Azərbaycanın ermənilərə heç bir aidiyyəti yoxdur, bu ərazilərdə onların heç bir tarixi irsi olmayıb. Bunun əvəzinə o, saxta irsdən və Qarabağı yenidən işğal etməkdən danışır. Arsaqdakı irs yerli Azərbaycan türklərinə məxsusdur, onu da əsrlər boyu qoruyub saxlamışıq. Ermənilər ora gəlməmişdən əvvəl də, ermənilər orada yaşadıqları  vaxtlar da, indi də o irsi qoruyub saxlayırıq, nəsillərə ərmağan edirik. Bu irsin ermənilərə heç bir aidiyyəti yoxdur. 

Ermənilərin son dövrlər buna bənzər uydurma çıxışları olub. Bu da, başqaları da işğalı reallaşdırmaqdan, revanşizmdən danışır. Voskanyan kimdir ki, erməniləri bizim torpaqları işğal etməyə çağırır? Bu adam kiçik fiqurdur, amma danışdığı başından, vəzifəsindən böyükdür. 

Bir əhvalatı xatırlayıram. Bir kənddə bir ana-bala yaşayırmış, bunlar ermənilər kimi çox pis ad çıxarıbmışlar. Yerindən qalxan onları tənqid edirmiş ki, siz filankəssiniz. Onlar görür ki, getdikcə hörmətdən düşürlər, onların sözü eşidilmir, hansı məclisə gedirlərsə pis qarşılanırlar, buna görə kənddən köçmək istəyirlər, yükü arabaya yığıb getmək istəyərkən bir nəfər bunların qabağına çıxıb deyir ki, hara gedirsiz? Deyirlər ki, köçüb getmək istəyirik. O adam da onlara məsləhət verir ki, getməyin, kim sizə pis söz demək istəsə siz onu qabaqlayıb o pis sözləri deyin. O adamlar qalırlar. Lap ermənilər kimi olublar. Ermənilər heç zaman elmi söhbət etmirlər ki, elmi faktlar gətirəsən.

İndi Voskanyan kimilərinin yatıb yuxuda görmək istədikləri erməni xalqının özünə ziyan vurur. Öz dərdlərini çəkmək əvəzinə yenidən revanşizm, işğal haqqında düşünürlər. Bu çox pis ənənədir. Vaxtilə bizim tarixçilər Sovet ideologiyasına xidmət edərək dostluqdan-qardaşlıqdan danışanda bunlar erməni dilində saxta kitablar yazırdılar, erməniləri revanşizmə, işğala çağırırdılar, ədavət toxumu səpirdilər. Onlar erməni xalqı üçün revanşist ideologiya yaratdılar, amma bunun da ziyanını ermənilər çəkir. Biz torpaqlarımızı işğaldan azad etmişik, quruculuq işləri görürük, əhalimizi öz doğma torpaqlarında məskunlaşdırırıq, onların həyatını gözəlləşdiririk. Erməni alimləri də erməni xalqını bataqlığa sürükləyirlər. Erməni xalqının düşməni Voskanyan kimi üzdəniraq alimlərdir”-deyə Q.Hacıyev bildirdi.  

Q.Hacıyev həmçinin bildirdi ki, bu gün separatçı rejimin tör-töküntülərinin İrəvanda aktivləşməsi Ermənistanın özünə zərər vurur. O hesab edir ki, o cinayətkar dəstənin bütün üzvləri barədə tədbir görülməlidir. Professor Hacıyevin sözlərinə görə, Ermənistan hökuməti separatçı tör-töküntülərinin aktivləşməsinin qarşısını almaq üçün konkret addımlar atmalıdır: “Separatçı tör-töküntülərinin İrəvanda aktivləşməsinin məsuliyyəti Ermənistan hökumətinin üzərinə düşür. Tezliklə onların bu ziyanlı fəaliyyətinə son qoyulmalıdır. Ermənistan tezliklə sülhə nail olmaq istəyirsə, bunu arzulayırsa daxildəki revanşist qüvvələrin fəalyyətinə, işğal çağırışlarına qarşı tədbir görülməlidir”.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031