KÖHNƏ VERSİYA            

Azərbaycanda uşaqların və çoxuşaqlı ailələrin sayı azalır...

Image

Məlum olduğu kimi, əvvəllər Azərbaycanda çoxuşaqlı analar üç və daha çox uşaqlı analar sayılırdı. Lakin 2021-ci ilin sentyabrında Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edərək beş və daha çox uşaqlı qadınları çoxuşaqlı analar kimi tanıyıb. Ancaq o da faktdır ki, Azərbaycanda beş uşağı olan ailə tapmaq get-gedə çətinləşir.

Dövlət Statistika Komitəsi bildirir ki, 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, Azərbaycanda yeddi və daha çox uşaq sahibi olan 6837 ev təsərrüfatı olub.  Qeyd olunub ki, ev təsərrüfatları haqqında məlumatlar hər on ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı əldə edilir. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, 18 yaşadək uşağı olan ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü məlum olub. Belə ki, ölkədə 1 milyon 347 min 534 uşaqlı ev təsərrüfatı var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayıb. Biruşaqlı ev təsərrüfatılarının sayı 422 989-dur. İkiuşaqlı ev təsərrüfatlarının sayı 557 min 814 olub,  Üçuşaqlı ev təsərrüfatlara gəlincə, bu kateqoiyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayıb. Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ev təsərrüfatı var. 23 min 150 ev təsərrüfatı beşuşaqlıdır. Altı uşaqlı ev təsərrüfatlarına gəlincə, 9332 təsərrüfat bu kateqoriyadadır. Ölkədə 6837 ev təsərrüfatı yeddi və daha çox uşaqlı ev təsərrüfatları arasında yer alır. Beləliklə, araşdırmalar göstərir ki, indi bir-iki uşağı olan ailələrə daha çox rast gəlinir. Digər tərəfdən, dünyada üç uşaqlı ailələr çoxuşaqlı ailələr hesab olunur. Bu fonda Azərbaycanda da bu modelə qayıtmaq zəruri hesab olunur. Eyni zamanda görünən odur ki, Azərbaycanda son illər həm uşaqların, həm də çoxuşaqlı ailələrin sayı azalır. Rəsmi məlumatlara görə, ölkədə 2023-cü ildə 14 yaşınadək uşaqların sayı 2 milyon 216 min nəfər olub. Ötən il uşaqların sayı 2022-cü il ilə müqayisədə 36 min nəfər azalıb. Son 15 ildə isə dörd və daha çox uşaqlı ailələrin sayı 16 mindən çox azalıb. Son statistikaya görə, indi Azərbaycanda belə ailələrin sayı 110 min 470-dir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda beş uşaqlı ailələr çoxuşaqlı ailə sayılır. Lakin bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ məkanındakı respublikalarda çoxuşaqlı ailə üç uşağı olan ailə hesab olunur. Onlardan biri Rusiyadır. Rusiyada çoxuşaqlı ailələr üçün vergi güzəştləri, ipoteka kreditinin ödənməsi üçün 450 min rubl və ya 8 min 345 manat verilməsi, pulsuz torpaq payının ayrılması, pul ödənişləri və digər imtiyazlar nəzərdə tutulur. Fransada “Böyük ailə” adlanan dövlət proqramı çərçivəsində çoxuşaqlı ailələrə vergi güzəştləri və subsidiyalar təqdim olunur. Dörd uşaqlı ailələr, demək olar ki, vergi ödəmir. İsveçdə çoxuşaqlı ailələrə müavinət verilir və uşaqların sayından asılı olaraq müavinət məbləği artır. Eyni zamanda, belə ailələrə ərzaq məhsulları üçün xüsusi talonlar verilir və dövlət çoxuşaqlı ailələrin məktəbəqədər müəssisələr üçün nəzərdə tutulmuş xərclərini özü ödəyir. Azərbaycanda isə beş və daha çox uşaqlı ailələr üçün hər uşağa görə aylıq 105 manat müavinət nəzərdə tutulub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ölkəmizdə son beş ildə çoxuşaqlı ailələrə verilən müavinətin məbləği 3.5 dəfə artırılaraq 105 manata çatdırılıb: “Hazırda 12 minə yaxın uşaq üçün bu sosial müavinət alan qadınların sayı 2 min 600-dən çoxdur. Eyni zamanda, hər uşağın anadan olmasına görə birdəfəlik sosial müavinətin məbləği 500 manat müəyyən edilib”. Həmçinin vurğulanıb ki, aztəminatlı ailələrdə 1 yaşadək hər uşağa görə 100 manat müavinət nəzərdə tutulub: “Bu müavinətin məbləğində son beş il ərzində 82 faiz artım olub”. İqtisadçı Rəşad Həsənov isə “Azadlıq” radiosuna bildirib ki, hazırda beş və ondan artıq uşaq olan ailələrə yeganə dəstək mexanizmi hər uşağa görə aylıq 105 manat müavinət və valideynlərin pensiya yaşının 5 il azaldılmasıdır: “105 manata görə kimsə ailədə uşaqların sayını artırmaq risqini öz üzərinə götürməz... Demoqrafik vəziyyət gündən-günə pisləşir və problem 2060-cı ilə qədər daha ciddi xarakter alacaq”. Ekspert dəstəkləyici mexanizmlərin çox zəif olduğunu düşünür: “Biz referensial yanaşma əsasında uşaq sayına görə müavinətlərin ödənilməsini təklif edirik. Uşaq sayı artdıqca hər uşağa görə ödənilən müavinətin məbləğinin artması çoxuşaqlılığı təşviq etməyə hesablanmış və dünyada sınaqdan çıxmış mexanizmlərdən biridir”. R.Həsənovun fikrincə, çoxuşaqlı ailəyə yanaşma dəyişməlidir və çoxuşaqlı ailə beş uşaqlı yox, üç uşaqlı ailə sayılmalıdır: “Ukraynada hələ 2008-ci ildən “çoxuşaqlı ailə” anlayışı üç uşaqlı ailəyə münasibətdə tətbiq edilir. Bu yanaşmanı tətbiq etməklə Azərbaycanda çoxuşaqlı ailələrə münasibətdə mövcud olan müavinət mexanizminin əlçatanlığını artırmaq olar”. O hesab edir ki, əslində uşaqların müdafiə proqramları yalnız demoqrafik deyil, eyni zamanda, sosial, insan kapitalının inkişafı və sağlam həyat aspektləri nəzərə alınmaqla işlənib hazırlanmalıdır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031