Rusiyada məşhur milyarder həbs edildi...
Rusiyada məşhur milyarder və xeyriyyəçi Dmitri Volodin Nijni Novqorodda saxlanılıb. Bu barədə “Qovorit Nijni” nəşri hüquq-mühafizə orqanlarından mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, otelçi və restorançı Dmitri Volodin avqustun 21-də saxlanılıb. Polis bütün gecə onun ofisində axtarış aparıb. Digər təfərrüatlar açıqlanmır.
Mənbənin sözlərinə görə, sahibkar “Rosreestr” əməkdaşına rüşvət verməkdə şübhəli bilinir. Söhbət 2023-cü ildə baş verən hadisələrdən gedir.
Xatırladaq ki, Dmitri Volodin "Ədalətli Rusiya"nın regional bölməsinin deputatı olub. O, Rusiyada 10-dan çox şirkətin sahibidir. Bildirlir ki, 2022-ci ilin dekabrında məlum olub ki, Nijni Novqorodlu iş adamı Volodinin nəzarətində olan “Alekseevski Ryad” MMC-nin mağazasının sökülməsinə görə, kompensasiya olaraq Nijni Novqorodun Krasnoselskaya küçəsində torpaq alıb.
TAHİR