KÖHNƏ VERSİYA            

Söz, məlumat azadlığının imkanları seçki dövründə də aydın göründü...

Image

Məlum olduğu kimi, avqustun 9-da növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi başlayıb. Sentyabrın 1-də keçiriləcək seçkiyə 25 partiyanın təmsilçiləri və partiyasız iddiaçılar qatılıb. Rəsmi məlumata görə, 1052 namizəd qeydə alınıb. Seçkidə qələbə üçün nisbi səs çoxluğu kifayət edir .

Namizədlərin yerli KİV-də ödənişli təbliğat kampaniyası üçün şərait də yaradılıb. Amma deputatlığa namizədlər mediada ödənişli təşviqata hələ meyl etmir. Bəzi ekspertlər bunu “xəsisliklə”, bəziləri isə televiziyanın tələb etdiyi ödənişin yüksək olması ilə izah edirlər. Yəni dövlət və qanunlarımız sağlam təbliğat üçün bütün imkanları yaradır, ancaq bəzi namizədlər bundan yaralanmaq  istəmir.

“Qazi və ya şəhid ailəsi sentyabrın 1-də filankəsə səs verəcəyinə söz verdi” deyə öyünürlər… 

Bu amil özünü  növbədənkənar parlament seçkilərində daha qabarıq göstərir.  Media sağlam dartışma üçün  meydan verirsə, namizədlər polemikadan çəkinirsə, deməli, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı ilə bağlı problem ümumi yox,  fərdi amillərə bağlıdır.

Təşviqatla bağlı daha bir mövzunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində gündəmə gətirib. A.Quliyev deputatlığa namizəd olan bəzi şəxslərin son davranışları, qazi və şəhid ailələrinin üzərindən təbliğat qurmaq kimi qüsurlu hərəkətləri barədə tənqidi paylaşım edib. Baş redaktor yazır: “Prezident İlham Əliyev bu yaxınlarda Şuşada demişdi ki, Zəfər mövzusunu çox da istismar etmək olmaz və irəlidəki məsələlərə daha çox diqqət göstərməliyik. Sadə deyilmiş fikrin çox sadə də açmaları var. Prezident demək istədi ki, Zəfərin qədrini- qiymətini tam bilək, Zəfər Ali Baş Komandanın, ordunun və xalqımızın Zəfəridir, qazilərə və şəhid ailələrinə həssas olun, etdiklərinizi üzlərə vurmayın, Vətən üçün canını və övladını vermiş insanlara nə versək də azdır, lakin onları verdiklərimizin müqabilində aşağılamayaq, elə etməyək ki, verdiklərimizin, etdiklərimizin əvəzində onlardan hansısa təmənna güddüyümüzü düşünsünlər...

Bəs  bir sıra namizədlər nə edir, bu sözlərdən hansısa dərsi götürürlərmi?

Seçki dairəsində qazinin, şəhid ailəsinin qapısını əlində bir şirniyyatla açır, bir fincan çayını içir, foto çəkdirir və sonra da bu məzmunsuz jesti “böyük xəbərə” çevirərək ictimailəşdirir. Ən pisi də odur ki, “qazi və ya şəhid ailəsi sentyabrın 1-də filankəsə səs verəcəyinə söz verdi” deyə öyünürlər. Ayıbdır, vallah...”

MSK tərəfindən təşviqatın aparılması üçün, qanunun tələblərinə uyğun olaraq, ideal şərait yaradılıb 

AĞ Partiya sədri, deputatlığa namizəd Tural Abbaslı   deyib ki, bir çox media qurumlarının təbliğat-təşviqat müddətində reklam xarakterli yayımlarının qiymətlərinə baxıb: “Kifayət qədər çox maliyyə tələb edilir. Məlum olur ki, televiziyalarda reklam xarakterli yayımların saniyəsi 25-30 manatdır. Bu baxımdan təbii olaraq namizədlər əsasən sosial mediaya yönəlirlər, çünki orada xidmətlər demək olar ki, pulsuzdur. Hətta kiçik məbləğlərlə reklam yerləşdirə bilirlər, bu məbləğ medianın tələb etdiyi məbləğdən xeyli aşağıdır, üstəlik, çatımlılığı daha genişdir”.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib ki,

qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat apara bilməsi üçün ideal şərait yaradılıb. MSK katibi qeyd edib ki, namizədlərin seçicilərlə canlı təmas qura bilməsi üçün bütün dairə seçki komissiyalarının ərazilərində qapalı və açıq görüş yerləri ayrılıb: “Qeydə alınmış namizədlər həmin yerlərdə seçicilərlə sərbəst şəkildə görüşlər keçirə bilir. Bununla yanaşı, bütün məntəqələrdə namizədlərin təbliğat materiallarını təqdim etməsi üçün təbliğat lövhələri yerləşdirilir”.MSK katibi bildirib ki, namizədlərin media subyektlərinə çıxışı da tam təmin edilib:

“MSK tərəfindən ödənişsiz və ödənişli media subyektləri müəyyənləşdirilib, təşviqatın aparılması üçün qaydalar açıqlanıb.Seçkiqabağı təşviqat qanuna uyğun şəkildə davam edir, heç bir problem yoxdur. Ciddi problemlərin olacağını düşünmürəm, çünki hər şey qanunla tənzimlənir və MSK tərəfindən təşviqatın aparılması üçün qanunun tələblərinə uyğun olaraq, ideal şərait yaradılıb”.

Artıq seçkilər də müasir texnologiyaların inkişafı ilə ayaqlaşır 

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər. Bununla yanaşı, qanunvericiliyə görə, növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.  

Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti”, "Respublika” qəzeti, "Bakinski raboçi” qəzetidir. 

Hiss olunur ki, hazırda deputatlığa namizədlərin əksəriyyəti öz auditoriyalarına müraciət üçün daha çox sosial şəbəkələrdən istifadə etməkdə maraqlıdır. Burada qəribə heç nə yoxdur. Çünki artıq seçkilər də müasir texnologiyaların inkişafı ilə ayaqlaşır. Əvvəllər namizədlər seçiciləri ilə görüşlər keçirir, televiziya və qəzetlər vasitəsilə təbliğat-təşviqat fəaliyyətini yerinə yetirirdi. İndi isə auditoriyaya müraciət forması köklü formada dəyişib. Artıq sosial şəbəkələr nəinki ənənəvi mətbuatı, hətta bir sıra internet KİV-i də qabaqlayır.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031