“Qoyunçuluq inkişaf etmir, çünki çoban yoxdur” – Paşinyanın yanında mal-qara müzakirəsi olub...
Ermənistanda hökumət qoyun və keçi yetişdirilməsi, məhsuldarlığın artırılması və arıçılığın inkişafı üzrə pilot proqramları təsdiqləyib. İndi problem odur ki, qoyunları otarmağa, qoyunçuluğu ayağa qaldırmağa çobanlar tapılmır. Hərçənd hazırkı Ermənistan hökümətində bu işi görəcək bolluca kadrlar var, amma.. nə isə gələk mətləbə.
Erməni mətbuatı yazır ki bu məsələ barədə baş nazir Nikol Paşinyanın yanında iclas keçirilib. İqtisadiyyat naziri Gevorq Papoyan iclasda hansı proqramların müzakirə edildiyini təqdim edib. Iclasda maraqlı anlar da yaşanıb. Belə ki, xarici işlər naziri Ararat Mirzoyan heyvandarlığın inkişafı proqramının müzakirəsi zamanı çıxış yolu təklif edib: erməni nazir deyib ki, dövlət alınan mal-qaranın dəyərinin yarısını subsidiya verməsə, lazımi cins mal-qaranı alıb kəndlilərə versə, düzgün olmazmı? yarı qiymətə?
Mirzoyanın təklifi baş nazir N.Paşinyanı şoka salıb. O da qayıdıb nə desə yaxşıdır? “Dövlət alıb, bəs bu qədər mal-qaranı harada saxlayacaq? Nə qədər vaxt aparacaq? Mal-qaranın yarısı öləcək. Bu o deməkdir ki, dövlət ən azı bir həftə heyvandarlıqla məşğul olmalıdır. Bunu kim edəcək? Xarici İşlər Nazirliyi bu məsuliyyəti öz üzərinə götürəcək? Yox, yaxşı olar, öz işinlə məşğul ol”, - deyə zarafat edən baş nazir əlavə edib ki, bu yolla problem həll olunmayacaq, əksinə, yeni suallar ortaya çıxacaq. Artıq N.Paşinyan hökümətinin Ermənistanda qoyunçuluğun da öhdəsindən gəlmək iqtidarında olmadığı erməniləri bir başqa cür qəzəbləndirib dəliyə çevirir...
Mətləb