"Öz bayrağımız, dilimiz olsa da, onlardan rəsmən istifadə hüququmuz yoxdur" - Hərəkat rəhbəri
Bizim öz bayrağımız olsa da, ondan istifadə edə bilmirik. Atam Ceyms Fines bu mövzuda öz fikirlərini çatdırmağa çalışarkən və baş verənlərlə mübarizə apararkən həbs olunanda mənim 17 yaşım var idi.
Bu sözləri Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyətinin üzvü, “Change” hərəkatının həmtəsisçisi Kaile Aranxta Elizabet Fines avqustun 22-də Bakıda keçirilən “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfransda söyləyib.
Ana dilinin mədəniyyətin bünövrəsini təşkil etdiyini vurğulayan nümayəndə deyib ki, əcdadları tərəfindən nəsildən-nəslə ötürülən Bonayre dilinin tarixi XVII əsrə gedib çıxır.
“Biz müstəmləkə altında olan dövlət kimi ünsiyyət qura bilmək üçün Niderland dilində danışmağa ehtiyac duyuruq. Müstəmləkə təsiri səbəbindən idarəetmədə və sənədlərdə Niderland dili rəsmi dil kimi istifadə edilir. Adanın yerli xalqının öz dili olsa da, ondan rəsmən istifadə etmək hüququmuz yoxdur”, - deyə o diqqətə çatdırıb.
ZÜMRÜD