"Biz insan hüquqlarının, xüsusilə də gənclərin hüquqlarının qorunmasına sadiqik" - Afrika-Karib Assosiasiyası
Biz insan hüquqlarının, xüsusilə də gənclərin hüquqlarının qorunmasına sadiqik. Trend-in məlumatına görə, bu barədə Bakıdakı Bonera adasına həsr olunmuş beynəlxalq konfransda Afrika-Karib Assosiasiyasının vitse-prezidenti Rutşaini Jané Holder bildirib.
"O, vurğulayıb ki, gənc mütəxəssislər olaraq, ölkəmizdə layiq olduğumuz imkanları əldə etməyimiz çox vacibdir. İşə qəbul zamanı bir çox çətinliklərlə qarşılaşırıq. Əvvəlcə bakalavr və ya magistr dərəcəsi almaq üçün xaricdə oxumalı oluruq. Qayıtdıqdan sonra diplomlarımız tanınmır. Bizə deyirlər ki, ixtisas üzrə iş təcrübəmiz yoxdur və bacarıqlarımızı göstərmək üçün sınaq müddəti verilmir", - deyə o vurğulayıb.
Afrika-Karib Assosiasiyasının vitse-prezidenti əlavə edib ki, artıq işəgötürənlərin tələblərində daha realist və çevik olmağın vaxtı çatıb.
"Şirkətlər məzunlar və gənc işçilər üçün xüsusi hazırlanmış təlim və mentorluq proqramlarını həyata keçirmirlər. Biz, gənc mütəxəssislər, uğur qazanmağımız və adamızda iş təcrübəsi əldə etməyimiz üçün alətlər və dəstək istəyirik.
2010-cu ildən bəri iş yerlərinin əksəriyyəti avropalılara və digər qeyri-yerli sakinlərə, adağa köç edənlərə təqdim edilir. Bonaire-də rəsmi olaraq işəgötürənlərdən yerli əhalidən işçi götürmək tələb olunur. Lakin, təəssüf ki, bir çoxları bu tələbi yerinə yetirmir. Bu isə, gənc yerli sakinlərin iş təcrübəsi qazanmaq şanslarını daha da azaldır," - deyə o əlavə edib.