KÖHNƏ VERSİYA            

Hüseyn Xəlilovun xatirəsinə...

Image

SƏN 18 yaşında

Səni görəndə tanımaqda çətinlik çəkdim. Çiynində yaralı döyüş yoldaşın, əlində silahın çinar kimi boy verərək gedirdin. Mən bu boyda böyüklüyü, təmizliyi, sevgini tanımaqda aciz qaldım. Sənsə  ürəkdən ürəyə köçüb, ev-ev dolaşıb Şuşaya gedirdin.

Şəkillərinə, görüntülərinə çox baxdım. Göz yaşı oldum. Özümü o qədər gücsüz bildim ki... Başımı çiynində hiss elədim, sevginin böyüklüyünü duydum. Mənə güc verdin. Özümü güclü bildim. Bu saflığın önündə çirkinliklərdən doydum, xilas oldum. Dünyanı başqa cür gördüm. Həyata başqa cür baxdım.

 Bu ağrının sevincinin nəhəngliyini necə yaşayar insan? Ağlayımmı, ağımı deyim? Sevinimmi? Hanı o ürək anlasın?

Sənə baxdıqca səni tanıtmaq istədim hamıya. Amma sənə nə yazım? Nə yazım ki, kiçik görünməsin? Sən türk oğlunun böyüklüyünü göstərdin dünyaya?

 “Azərbaycan” oldun, oğul.

Sən 18 yaşında...

Yanımda olsan, yəqin “uşaq” deyərdim sənə. 

Sən 18 yaşında... 18 yaşa nə yazım?

Bakının Nardaran kəndində 2002-ci ilin bir yaz günündə - martın 27-də doğuldu Hüseyn Rasim oğlu Xəlilov. Məktəbli oldu hamı kimi. 295 nömrəli tam orta məktəbdə doqquzillik təhsil alandan sonra peşə məktəbində orta təhsilini başa vurdu, həm də dülgərlik ixtisasına yiyələndi. 2020-ci ilin mayında 18 yaşlı gənclər kimi müddətli hərbi xidmətə yollandı.  Ağcabədidə, sonra Beyləqanda 181 nömrəli hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri oldu. 

Bunları yazmağa nə var? Sonranı necə yazım? Sən bir yazıya, hekayəyə, kitaba sığmazsan ki, oğul. Səni hara sığdırım? 

Sən neçə-neçə kəndi, Füzulini, Cəbrayıl, Zəngilan, Qubadlını , Hadrutu keçdin, Şuşaya qədər getdin. Neçə yaralını odun-alovun içindən çıxardın, düşmən gülləsindən qorudun. Sən azad Şuşaya gülümsədin.  8 noyabrda ədalətin zəfəri ilə barışa bilməyən düşmənin atdığı minaların qəlpələrindən özünü qoruya bilmədin. Səninlə birgə 49 nəfər döyüş yoldaşın da bu mina qəlpələrinə tuş gəldi...

Ölüm də aciz qaldı, sənə qıyamadı. Beş aydan artıq dolandı başının üstə. 2021-ci il 25 aprelə kimi diləmi tutdu səni, yalvardımı sənə? Gülümsədinmi yenə? 

Önündə aciz qaldı. Onsuz da səni apara bilmədi ölüm.

Bu igidlərdən yazanda düşünürəm: Bu oğulları necə doğdu analar? Necə yola saldı hərbi xidmətə? Onlardan bunu soruşa bilmirəm. Özləri bölüşür xatirələrini.

 Zəminə Hüseynova: Sübh tezdən yola saldım. Sənədləri qalmışdı, geri qayıtdı. Əslində arxasınca ağlayırdım, ağlamağımı görüb başını yellədi ki, yəni niyə ağlayırsan? Elə deyirdi hərbiyə gedəcəm, erməniləri bicəcəm. Mübariz İbrahimov idealı idi. Onun haqqında bütün məlumatları toplayırdı.  Onun kimi igidlik göstərmək istəyirdi. Bir dəfə telefonu açıq qalmışdı, özü yatırdı. Anayam, dedim görüm nəyə baxır, kiminlə danışır.  Ancaq Mübariz İbrahimovun şəkilləri, videoları, onun haqqında yazılar.  Özü də həmişə deyərdi ki, Mübariz İbrahimov olacağam. Elə igidliklə də döyüşüb balam. 2 noyabrda son dəfə danışdıq.  “Torpaqlarımızı ermənilərdən alırıq, Şuşaya gedirik, bizə uğur arzulayın” dedi. Sonra xəbər gəlmədi. 10 noyabrda xəbər verdilər ki, yaralanıb, hospitaldadı. Bir-neçə dəfə əməliyyat olundu. Aprelin 25-nə kimi ümidlə yaşadıq. Nələr çəkdik... 

Nələr çəkdiyini göz yaşı pıçıldayır.  O günləri unutmaz ki, ana. 

Sən təsəlli vermək istəyirsən, söz axtarırsan, tapmırsan. Nəfəsin də boğazında düyünlənir.

Ana özü danışır: Hər birimiz bu qələbəni arzulayırdıq. Bizə bu sevinci yaşadanlardan biri də mənim oğlumdu. Qəhrəman olmaq istəyirdi, oldu. 

Rəşid İlham oğlu Əliyev də 2020-ci ildə hərbi xidmətdə olub. İlk gündən ərazi bütövlüyümüz uğruna döyüşüb. Nə qədər yaralını xilas edib. Döyüş yoldaşları Əsgər Quliyev, Orxan Qardaşxanlı, Tofiq Quliyevlə birlikdə ən çətin vəziyyətlərdə bölüyü susuz, ərzaqsız qoymayıb. Özündən danış dedim: Nə deyim? Neynəmişik ki? Döyüşmüşük, torpaqlarımızı azad etmişik. Bu bizim borcumuzdu. Əvvəl-axır bunu etməliydik. Hüseynlə də 2020-ci ilin iyul ayından birlikdə hərbi xidmətdə olmuşuq. Hücum zamanı bir-neçə gün görüşməsək də bütün döyüşlərdən birlikdə çıxdıq. Şuşaya qədər getdik. Müharibələr haqqında eşitsək də, filmlərə baxsaq da onun əsl üzünü döyüşdə görürsən. İlk günlər lap çətin oldu. Yaralıların, şəhidlərin ağrısı, həyacan, qorxu, ilk qələbənin sevinci-hamısı bir-birinə qarışmışdı. Bir də qisas hissi yaşayırsan. İllərin əzabından keçən yurdunu, verdiyimiz qurbanları düşünürsən. Hər qarış azad olduqca ölüm də mənasını itirir. Uşaqların hamısı mərdliklə döyüşürdü. Bir-birimizi qoruyurduq. Hüseynlə çox yaralını xilas etmişik. Noyabrın 5-də biz artıq Şuşaya gedirdik. 8 noyabrda düşmən mühasirədə idi, amma atışma vardı. Elə o gün də  şəhidlərimiz, yaralılarımız oldu. Hüseyn də həmin gün qəlpə yarası aldı, təxliyə olundu, amma elə bil özü əvvəlcədən hiss etmişdi şəhid olacağını. Onlar dörd qardaşdı. Arada deyirdi ki, dörd qardaşdan biri olmasa, heç nə olmaz. Nə onun bu sözünü, nə də özünü unutmuram.

25 aprelə kimi valideynləri də, qardaşları da, dost-tanış da ümidlə gözlədi. Ata ümid yolu çəkdi ürəyindən xəstəxanaya.

Rasim Hüseynov: Ümid edirdim ki, sağalar...  Özü idmançı idi, dzü do ilə məşğul olmuşdu. Dəfələrlə Bakı və respublika çempionatlarında iştirak etmişdi, birinci, ikinci, üçüncü yerlərin qalibi olmuşdu. Başından yaralanmışdı, xilas edə bilmədilər.  Hələ müharibə vaxtı Elvin adlı bir döyüş yoldaşının telefonunu da vermişdi mənə, deyirdi “ata Elvinlə də danış”. Arada ondan da hal-əhval tuturdum. Bir gün dedi ki, mən xəstəxanadayam, yaralanmışdım sənin oğlun canavar kimi məni od-alovun içindən çıxardı. “Canavar” deyirdilər ona. Çox belə qəhrəmanlıqlar edib. Şuşanın azad olmağını görmək istəyirdi. Yaşadı bu azadlıq sevincini...

Aramla danışır ata. Özünə də, bizə də təsəlli verir.

18 yaşlı igidim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülüb.

 Mənsə Hüseynlə danışıram: Sən təkcə düşmənləri cismən öldürmədin. Xəyanəti, yalanı, namərdliyi və daha nələri  öldürdün oğul. Sevgini yaşatdın oğul. Sən 18 yaşında niyə belə nəhəng idin? Bu ürəyi necə daşıdın?   

Hansı arzuları aparıb getdin? Bilmədim, amma səndən sonra nə qədər xəyallar gerçək oldu. Nə qədər arzular yaşadı. Nə qədər arzular doğuldu. Sənin keçdiyin yollarda arzular çiçəkləyir.

Sən 18 yaşında anlatdın, anlatdın necə yaşayaq, oğul...

Avqust,2024
Kamalə Abiyeva








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031