KÖHNƏ VERSİYA            

Azərbaycan-Rusiya münasibətlərinə Ermənistanda paxıllıq başladı...

Image

Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətlər artıq ikitərəfli çərçivədən çıxaraq regional miqyas alıb. bunu şərtləndirən mühüm səbəblərdən biri Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaratması, həmçinin xarici siyasətində ardıcıl mövqe sərgiləməsidir. Elə bu fonda “Radio Free Europe” qeyd edir ki, son bir neçə ildə Azərbaycan təlatümlü regionda Rusiya ilə sabit münasibətləri ilə seçilib.

Ona da xüsusi diqqət olunur ki, Bakı xeyli vaxtdır, özünün çoxvektorlu xarici siyasəti ilə müxtəlif meydançalarda məharətlə oynaya bilir: “Onilliklər boyunca Rusiya ABŞ və Avropa ölkələri ilə birlikdə Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsində əsas rolu oynayıb. Lakin münaqişə tənzimlənməsi prosesini kənar güclər üçün regionda öz təsirini artırmaq imkanı hesab edən Azərbaycan son aylarda Rusiyanı, eləcə də başqa xarici qüvvələri prosesdən uzaqlaşdıraraq sülh müqaviləsi üzərində Ermənistanla təkbətək işləmək qərarına gəlib. Azərbaycanın bu yaxınlarda ən ziddiyyətli məqamlardan biri olan Azərbaycan-Naxçıvan nəqliyyat dəhlizi məsələsini sülh müqaviləsi danışıqlarından çıxarmaq qərarı da Bakının müstəqil oynadığını göstərir. Putinin Azərbaycana səfər etdiyi bir vaxtda Bakının başqa bir hissəsində onun keçmiş müşaviri Ruben Vardanyan və Qarabağın başqa separatçı liderləri həbsxanada idilər. Putinin səfərindən əvvəl Rusiya Erməniləri İttifaqı ona müraciət edərək, Bakıda Qarabağ məhbusları məsələsini qaldırmağı xahiş etmişdilər. Belə görünür ki, bu məsələyə də toxunulmayıb. Amma iki ölkə arasında iqtisadi məsələlərlə bağlı ortaq məxrəc tapmaq çətin deyil. Əliyev aprel ayında Moskvaya səfər edəndə, danışıqların əsas diqqəti Azərbaycan ərazisindən keçərək Rusiyanı İranla və Fars körfəzi ilə birləşdirəcək nəqliyyat şəbəkəsinə yönəldilmişdi. Bu layihə Rusiya üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxilə edəndən sonra Qərblə münasibətləri çöküb və indi bu səbəbdən özünün ticarət əlaqələrini Şərqə və Cənuba doğru inkişaf etdirməyə çalışır”. Məqalədə deyilir ki, belə bir şaxələndirmədən Azərbaycan da mənfəətlənə bilər, amma Putin və Əliyev arasında danışıqlardan bunu ilk növbədə Moskvanın istədiyi təsdiqlənib: “Əliyev-Putin danışıqları başa çatandan sonra tərəflər ərzaq təhlükəsizliyi və ya əmək müfəttişliyi kimi məsələlərə dair müqavilələr imzaladıqlarını bəyan ediblər. Bundan başqa, Bakıda Rusiya-Azərbaycan Universitetinin açılması və iki ölkənin neft tankerləri istehsalı üçün birgə müəssisə yaratmağa dair razılaşmanın əldə olunduğu deyilir”. Bunlar fonunda Ermənistanda belə bir fikir hakimdir ki, Azərbaycan Rusiya ilə münasibətlərindən istifadə edib, Zəngəzur dəhlizinin də istədiyi şərtlərlə açılmasına nail olacaq. Erməni hərbi ekspert Davit Camalyan bildirir ki, əslində, Qərb də bu məsələdə Ermənistanı tələsdirir: “Qərbə dəhliz lazımdır, buna görə ABŞ Zəngəzur məsələsində Ermənistandan güzəşt gözləyir”. Onun sözlərinə görə, ABŞ Ermənistana sadəcə anti-Rusiya mövqeyindən baxır: “Vaşinqton Moskvanın təsirini regiondan uzaqlaşdırmaq istəyir, İrəvanla yaxınlaşması da buna görədir. Cənubi Qafqazda Ermənistan dövlətinin mövcud olması tarix boyu Rusiyanın maraqlarına uyğun olub. ABŞ-ın isə belə qayəsi yoxdur. İrəvandakı Qərb agentləri antierməni mövqeyindən çıxış edərək maraqlarımızın ziddinə gedirlər. İlham Əliyev tamamilə fərqli siyasət yürüdür. O, Heydər Əliyevin oğludur, diplomatik təcrübəsi və siyasi savadı var. Azərbaycan Rusiya və Qərblə balanslı siyasətə üstünlük verir. Moskva ilə əlaqələri istədiyi məsafədə saxlayır. Qərbin ehtiyaclarını və vəziyyətini görür, mövcud situasiyaya uyğun olaraq addımlarını dəyərləndirir. Hətta Rusiyanın zəifliklərindən istifadə etməyi bacarır. İrəvanda isə vəziyyət belə deyil”.

Qeyd edək ki, Rusiya və Ermənistan arasında münasibətlər getdikcə daha gərgin hala gəlir. Rusiyanın Xəzər Strateji Tədqiqatlar İnstitutunun baş direktoru İqor Korotçenko bildirir ki, bu halda Azərbaycanın Moskva üçün əhəmiyyəti daha da artır: “Cənubi Qafqazın beynəlxalq aləmdə rolu və əhəmiyyəti artır. Bu, regionda baş verən proseslərlə əlaqədardır. Belə ki, Cənubi Qafqaz qlobal əhəmiyyətə malik olan qlobal multimodal nəqliyyat dəhlizlərinin keçdiyi əsas regiondur. Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan mövqelərini ciddi şəkildə möhkəmləndirib. Eyni zamanda Ermənistan isə onu öz təsir dairəsinə cəlb edən bir sıra təsisatların oyuncağına çevrilib. Biz Fransa, ABŞ kimi ölkələrin və Avropa İttifaqının ayrı-ayrı nümayəndələrinin Ermənistanın köməyi ilə regionda sabitliyi pozmaq və öz milli maraqlarını, həm də region dövlətlərinin maraqları ilə qətiyyən üst-üstə düşməyən məqsəd və vəzifələrini reallaşdırmaq üzrə oynadığı destruktiv rolu görürük. Bu baxımdan başa düşürük ki, Cənubi Qafqazda baş verənlər böyük dərəcədə regiondakı əsas aktorların mövqeyi ilə müəyyənləşəcək. Təbii ki, onlardan biri də Azərbaycandır”. Ekspert Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirləri xatırladıb: “Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz”. Korotçenko əlavə edib: “Həqiqətən, Azərbaycan regionun təhlükəsizliyinə və sabitliyinə cavabdehdir. Bu kontekstdə Bakıda Rusiya prezidenti Vladimir Putinin və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə aparılan danışıqlar olduqca mühümdür, deyərdim ki, bu, qlobal beynəlxalq hadisədir”. Ekspertin sözlərinə görə, Rusiyada hesab edirlər ki, səfər zamanı imzalanan bir sıra sənədlər Rusiya-Azərbaycan münasibətlərinin kompleks şəklində inkişafına kömək edəcək və bu, Ermənistandan alət kimi istifadə edən xarici aktorların regionda vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşının alınmasına yönəlib. Hesab edilir ki, Ermənistanın Qərbə üz tutması fonunda Azərbaycanla münasibətlərin inkişafı Rusiya üçün sərfəlidir. Bu isə Ermənistanda ciddi narahatlıqla qarşılanır. Rusiya Dövlət Dumasının deputatı Mariya Butina bu fonda qeyd edir ki, Azərbaycan çox ardıcıl və savadlı siyasət yürüdür. O hesab edir ki, danışıqlarda, o cümlədən bağlı qapılar arxasında müzakirə olunan məsələlərin bir çoxunun Rusiya və Azərbaycan üçün uzunmüddətli müsbət nəticələri olacaq: “Vladimir Putinin Bakıya səfəri, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətləri tarixində yeni səhifə açır”.

Tahir TAĞIYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031