“Müstəmləkəçilikdən əziyyət çəkən digər ölkələr də öz səslərini ucaltmalıdırlar” - Karlos Füller
Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən ölkələr üçün çox mühüm platforma yaradır və buna görə təşəkkür edirik. Düşünürəm ki, biz və müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar bunu dünyanın diqqətinə çatdırmalıdırlar.
Bu fikirləri Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasının nümayəndə heyətinin üzvü, adanın BMT-də daimi və səlahiyyətli səfiri Karlos Füller jurnalistlərə müsahibəsində söyləyib.
O bildirib ki, Boneyra öz müstəqilliyini 1981-ci ildə əldə edib. “Bu, çox əziyyətli bir proses idi. Müstəqilliyimiz uğrunda əzmlə mübarizə aparmışıq və buna 20 ildən sonra nail ola bilmişik. Müstəmləkəçilikdən əziyyət çəkən digər ölkələr və regionlar da öz səslərini ucaltmalıdırlar”, - deyə Karlos Füller vurğulayıb.
ZÜMRÜD