KÖHNƏ VERSİYA            

AQTA qanunsuz ət kəsimi yerlərinin kökünü kəsə bilmir...

Image

Akif Nəsirli: “Bu problemin tam aradan qaldırıla bilməməsinin səbəbi işbazların fəaliyyətidir”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirməsi ilə bağlı məlumat yayılıb.

Qeyd olunur ki, 2024-cü il 12-15 avqust tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Masallı, Lənkəran rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
 Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olanlar barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Maraqlıdır ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) illərdir qanunsuz heyvan kəsiminə qarşı mübarizə apardığını açıqlayır, monitorinqlər keçirdiyini bəyan edir, protokol tərtib edildiyini deyir, amma hələ də qanunsuz sallaqxanaların kökünü kəsməyə müvəffəq olmayıb. 

Məqsədimiz heç də AQTA-nın üstünə getmək, ona qarşı hansısa bir iddianı irəli sürmək deyil. Sadəcə, indiyə qədər bu probelmin kökünün kəsilməməsi səbəbi bizi də, ictimaiyyəti də ciddi düşündürür.  AQTA yarandığı gündən indiyə qədər qanunsuz heyvan kəsimi yerləri ilə mübarizə aparıldığını zaman-zaman deyir, bu barədə məsələ qaldırır. Amma çox maraqlıdır ki, bu, kampaniyaçılıq formasında aparılır, ildə bir dəfə qaldırılır, nəticə nə olur, bilinmir. Amma qanunsuz heyvan kəsimi yerləri yenə də öz işindədir.

Xatırlayırıq, AQTA bir neçə il əvvəl Azərbaycan Mətbuat Şurası ilə birgə tədbir keçirdi. Agentlik onda yeni yaranmışdı və bu onun Mətbuat Şurası ilə birgə keçirdiyi ilk  tədbir idi. Onda AQTA rəhbərliyi bəyan etdi ki, Bakıdakı qanunsuz heyvan kəsimi yerləri ilə amansız mübarizəyə başlayacaq. Bu tədbirin üstündən neçə il keçib, amma hələ qanunsuz heyvan kəsimi yerləri ilə mübarizə bitmir, AQTA-nın bu mübarizəsi məntiqi sonluğuna çatmır. Nədir bunun səbəbi? Səbəb AQTA-nın prinsipsizliyindədir, yoxsa qanunsuz heyvan kəsimi yerlərini AQTA-dan güclü şəxslər himayə edir? 

“Hesab edirəm ki, AQTA işini müəyyən dərəcədə düzgün qurmayıb” 

Liberal İqtisadçılar Birliyinin rəhbəri, ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, problemin hələ də tam həll olunmamasının səbəbkarı işbazlardır. “Bu problemin tam aradan qaldırıla bilməməsinin səbəbi işbazların fəaliyyətidir”-deyə bildirən A.Nəsirli hesab edir ki, AQTA ölkədə qida təhlükəsizliyinə cavabdeh olan bir qurumdur: “Bu təşkilat həm də insanların qidalanmaq üçün sallaqxanadan aldığı ətin keyfiyyətinə cavabdehlik daşımalıdır. Ona görə də AQTA bu tədbirləri mütəmadi olaraq keçirir. Mənim bu barədə məlumatım var. Onların bu tədbirləri kampaniya xarakteri daşımır. AQTA-nın ofisindən üstündə kameralar quraşdırılmış qruplar göndərilir, qanunsuz ət kəsimi yerlərinin, qida məhsullarının saxlanılması, satılması, daşınmasına və sairin hamısına inzibati qaydada nəzarət həyata keçirilir. Ona görə də hesab edirəm ki, bu işdə mətbuat da, cəmiyyət də AQTA-ya dəstək olmalıdır. Qanunsuz ət kəsimi yerləri niyə var? Bunun səbəbi aydındır. Orda keyfiyyətsiz ətlər satırlar. Qanunsuz heyvan kəsimi yerlərində keyfiyyətsiz, qida standartlarına uyğun gəlməyən ət satılır, özü də qiyməti ucuz olur. Bu gün vətəndaşların da gəlirləri kifayət qədər aşağı səviyyədə olduğuna görə axtarıb ucuz ət satışı yerlərini tapırlar, həmin ətdən almaq istəyirlər. Çünki normal yerlərdə ət bahadır, baha qiymətə ət almağa da gücləri çatmır, məcbur olub ucuz ət alırlar. Buna məcburdurlar. Cəmiyyətdə qanunsuz heyvan kesimi yerlərinin olmasına tələbat var. Bu tələbatı da qarşılamaq üçün işbazlar ortaya çıxır. İşbazların ortaya çıxması da həmin o ət kəsimi yerlərinin sayını get-gedə artırır. Şəhərin bir tərəfində bağlayırlar, o biri tərəfində başqa birini açırlar. Məsələn, o cür yerlərdə xəstə heyvan əti, ölmüş heyvanın əti satılır. O heyvanların hansı xəstəlikdən öldüyü bilinmir”-deyə bildirən A.Nəsirlinin sözlərinə görə, tutalım, heyvan qara yara xəstəliyindən ölüb, onu kəsiblər, əti alan alıcı onun bu xəstəlikdən öldüyünü bilmir.

“Belə faciəsi təhlükələrin qarşısını almaq üçün AQTA fəaliyyətini göstərməlidir. Hesab edirəm ki, AQTA işini müəyyən dərəcədə düzgün qurmayıb. Yəni AQTA işini elə qurulmalıdır ki, cəmiyyətdən də dəstək alsın. Bu qurum cəmiyyətdən də dəstək almalıdır və bu dəstəyə guvənməlidir. AQTA-nin nə qədər işçisi var ki, bütün ət kəsimi yerlərini, bütün qida məhsullarının istehsal olunduğu obyektləri nəzarətdə saxlasın? Bu obyektlərin hamısını nəzarətdə saxlamaq mümkün deyil. Ona görə də bizim qida təhlükəsizliyi cətirimiz hələ tam formalaşmayıb. Bu, yəqin ki, AQTA-nin özündən də aslı deyil. Yəqin bunun üçün siyasi iradə olmalıdır, qanunlar dəyişməlidir. AQTA-nın cəmiyyətin dəstəyinə güvənməsi üçün müəyyən şərait yaradılmalıdır. Cəmiyyətin dəstəyinə güvənərək AQTA yola çıxsa qida təhlükəsizliyi sahəsində çox ciddi uğurlar əldə edə bilər. Amma hazırda öz imkanları daxilində AQTA mümkün qədər mübarizə aparır. Çünki onların fəaliyyəti ilə yaxından tanışam, məsələ qurumun nəzarətindədir. Hesab edirəm ki, burda ölkənin qida təhlükəsizliyi sahəsindəki problemlərin həlli təkbaşına AQTA-nın gücü daxilində deyil. Qida təhlükəsizliyi çətirinin tam şəkildə formalaşdırılması üçün qanunvericilik təkmilləşdirilməlidir, qanunlara dəyişikliklər edilməlidir. AQTA qida təhülksəziliyinə təhdid yaradan istənilən şirkəti, tutaq ki, cərimələyə, o şirkətlər barədə cəza tədbirləri görə bilməlidir”-deyə A.Nəsirli qeyd etdi.

A.Nəsirlinin sözələrinə görə, təəssüflər olsun, ölkədəki şirkətlərin əksəriyyəti elə yerlərə bağlıdır ki, AQTA onlara qarşı tədbir görə bilmir: “Bu, ət kəsimi yerləri ilə bağlı deyil, əsasən böyük şirkətlərlə bağlıdır. Qanunsuz ət bazarları isə işbazların əlindədir, onlar bu cür qanunsuz ət kəsimi yerlərini formalaşdırırlar. Bir tərəfdən AQTA qanunsuz heyvan kəsimi yerlərini bağlayır, o biri tərəfdən də işbazlar tərəfindən açılır. Demək istəyirəm ki, qanunsuz ət kəsimi yerləri ilə bağlı mübarizə davamlı gedir. Yəni burda təkcə günah nəzarət edən qurumun deyil. Bir şeyi də qeyd edim ki, əvvəlki illərə nisbətən qanunsuz ət kəsimi yerlərinin sayı minimuma enib...”

A.Nəsirli qeyd etdi ki, indi bir çox hallarda standartlara əməl olunur və bu işlə məşğul olanlar qayda-qanunla hərəkət edirlər. 

Bütün hallarda ekspert hesab edir ki, bu kimi hallara qarşı ictimaiyyət də AQTA ilə bərabər mübarizə aparmalıdır. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031