Rusiya Kurskda Ukrayna ordusunu ilk dəfə "qarşısıalınmaz" PUA-larla vurmağa başladı - “Knyaz Vandal Novqorodski”...
Rusiya Kursk vilayətində Ukrayna ordusuna qarşı fiber-optik kabellə idarə olunan yeni tip pilotsuz uçuş aparatından (PUA) istifadə etməyə başlayıb. "Forbes"in məlumatına görə, bu "fiber-optik dronlar" radio müdaxilələrə qarşı qorunur və bu, onları ənənəvi radiotexniki kəşfiyyat üsulları ilə aşkar etməyi və ya pozmağı çətinləşdirir. Bu texnologiya ilk dəfədir ki, döyüş şəraitində istifadə olunur.
Məlumata görə, bu pilotsuz uçuş aparatları Ukrayna qüvvələrinin Kursk vilayətində fəaliyyət göstərən Rusiya PUA-larının qarşısını almaq cəhdlərinə cavab olaraq ortaya çıxarılıb. Adi PUA-lar elektron əks tədbirlərlə təchiz olunmuş zirehli hədəflərə yaxınlaşarkən çox vaxt video keyfiyyətinin pisləşməsi ilə üzləşirlər. Bununla belə, fiber-optik pilotsuz uçan aparatlar bu cür əks tədbirlərə davamlı olduğundan, onlar video ötürülməsini aydın şəkildə təmin edə bilir və bununla da döyüşdə effektivliyini əhəmiyyətli dərəcədə artırır.
Məlumata görə, yeni pilotsuz təyyarə Veliki Novqorodda hazırlanıb və ona “Knyaz Vandal Novqorodski” adı verilib. Bu dronlar ənənəvi İHA-lardan təxminən 20 faiz bahadır və kabelə görə daha qısa uçuş məsafəsinə malikdir.
TAHİR