Kurs əməliyyatında Ukrayna qoşunlarına bir başa NATO hərbçiləri rəhbərlik edir - Rusiya kəşfiyyatından şok iddia...
Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) NATO ölkələrini Ukraynanın Kursk bölgəsinə hücumunun hazırlanmasında rol oynamaqda ittiham edib. Qeyd edilir ki, bu hücumun planlaşdırılmasında ABŞ, Böyük Britaniya və Polşanın kəşfiyyat xidmətləri iştirak edib.
Rusiyanın kəşfiyyatı iddia edir ki, hücumda iştirak edən Ukrayna Silahlı Qüvvələrinin bölmələri İngiltərə və Almaniyadakı təlim mərkəzlərində hərbi təlim keçiblər. Həmçinin iddia olunur ki, NATO ölkələrinin hərbi müşavirləri Rusiya ərazisində əməliyyatlarda Ukrayna qoşunlarına bir başa rəhbərlik edirlər, Qərbin verdiyi silah və hərbi texnikadan istifadə etməkdə onlara kömək edirlər.
Həmçinin NATO ölkələrinin Rusiya hərbçilərinin bölgədəki mövqeləri ilə bağlı peyk kəşfiyyat məlumatlarını Ukrayna ordusuna ötürdüyü iddia edilir.
TAHİR