Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı artır - 50-dən çox erməni...
Ermənistanda Qərbi Nil qızdırmasına 60-a yaxın yoluxma faktı aşkarlanıb. Bunu xəstəliklərə nəzarət və profilaktika üzrə milli mərkəzin direktoru Stepan Atoyan jurnalistlərə bildirib.
O deyib ki, bu günədək Ermənistanda Qərbi Nil qızdırmasına yoluxma hallarının 58-i təsdiqlənib, vəziyyəti orta ağırlıqda olan 41 nəfər xəstəxanaya yerləşdirilib, onların dördünün vəziyyəti daha ağırdır. Bir nəfər isə xəstəlikdən ölüb.
Atoyanın sözlərinə görə, Ermənistanla qonşu olan ölkələrdə xəstəlik qeydə alınmayıb. O əlavə edib ki, indiyədək yalnız Araqatsotn bölgəsində daşıyıcılar müəyyən olunub, lakin Ararat və Armavir bölgələri də risk zonasına daxildir.
Qərbi Nil qızdırması təbii ocaqları Afrika, Amerika, Avropa və Asiyanın 90-dan çox ölkəsində yerləşən yoluxucu xəstəlikdir. Virus ağcaqanadlar vasitəsilə ötürülür.
ZÜMRÜD