Novxanıda istirahət mərkəzinin işçisi qadına məxsus maşını qaçırdı
Avqustun 19-u saat 14 radələrində Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
NAMİQ