KÖHNƏ VERSİYA            

“Teleqram” “Votsap”ın rəqibi ola bildimi?..

Image

Azər Həsrət: “Ümumi auditoriyaya yönəlik xəbər paylaşımında Teleqram daha öndədir, Votsap isə bir qədər geri qalır”

Teleqramın yaradıcısı Pavel Durov Bakıya gəlib. Azərbaycan mediasının məlumatına görə, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Məlumata görə, Durov Bakıda bir sıra yerləri gəzib. Onun yüksək vəzifəli şəxslərlə görüşü nəzərdə tutulub.

Məlum olduğu kimi, “Teleqram” sosial şəbəkə platforması Rusiyanındır, bu, təxminən Votsap-a alternativ olaraq yaradılan sosial şəbəkədir. Ümumiyyətlə, Teleqram Votsapı nə dərəcədə əvəz edə bilir? Onunla rəqabət apara bilirmi? Votsap çoxdan yaranıb, bu platforma bizə Qərbdən gəlib. Teleqramı isə Rusiya   yaradıb. Teleqramın Votsapdan hansısa üstünlükləri varmı? Votsapı üstələyirmi?

“Teleqramın bir üstünlüyü də var ki…” 

Media mütəxəssisi Azər Həsrət “Bakı-Xəbər”ə “Əlbəttə ki, Teleqram artıq dünyada özünün əlaqələrini, mövqelərini çox ciddi şəkildə möhkəmləndirib. Azərbaycana gəlincə, ölkəmizdə də Teleqramdan fəal şəkildə, özü də gen-bol istifadə edilir. Hansı məqamlarda Teleqram Votsapı üstələyir və hansında Votsap öndədir? Şəxsi müşahidələrimə görə, Votsap daha çox birbaşa əlaqələr, şəxsi ünsiyyət üçün hələ də üstünlüyünü qoruyur. Söhbət yəni zəngləşmələrdən, görüntülü danışmalardan, şəxsi yazışmalardan, paylaşımlardan və sairdən gedir. Amma Telqaram ümumi xəbər yayımında Votsapdan daha önə keçib. Hər halda bu, mənim şəxsi müşahidələrimdir. Özüm hər ikisindən istifadə edirəm. Bilirsiz ki, bir müddət əvvəl Votsap da xəbər kanalları yaratmaq imkanı təqdim etdi, hətta Azərbaycanda da o kanallardan istifadə etmək üçün bəzi cəhdlər oldu, lakin uğurlu olduğunu deyə bilmərik. Mənim özüm də votsapda bir kanal qurmuşdum və hiss etdim ki, o kanalı irəlilətmək o qədər də asan deyil. Teleqramda isə xəbər kanalları, paylaşım kanalları qurmaq olduqca sadədir, rahatdır və əlbəttə ki, bu platformadan istifadə daha çoxdur. O baxımdan, Teleqram öndədir. Ümumi auditoriyaya yönəlik paylaşımlar baxımından Teleqram öndə görünür, amma şəxsi istifadə, birbaşa zənglər, görüntülü danışıqlar, birbaşa paylaşımlar üçün isə Votsap daha öndədir, daha əlverişli hesab edilir”-deyə bildirdi. 

A.Həsrətin fikrincə, bu baxımından, onların ikisi də paralel şəkildə bizim cəmiyyətimizdə istifadə edilir, bu nə vaxta qədər davam edəcək, bunu proqnozlaşdırmaq çətindir. “Ona görə ki, daha başqa bir platforma icad edilə və onların hər ikisi keçmişdə qala bilər. Yəni bilirsiz ki, zamanla daha yeni texnologiyalar, üsullar icad olunur və köhnələr yavaş-yavaş arxivə göndərilir. O baxımdan, proqnoz verməyə çətinlik çəkirəm. Amma dediyim kimi, ümumi auditoriyaya yönəlik xəbər paylaşımında Teleqram daha öndədir, Votsap isə bir qədər geri qalır. Teleqramın həm də bir üstünlüyü də var ki, video və foto paylaşımı zamanı, Votsapdan fərqli olaraq, o həmin görüntüləri sıxıb keyfiyyətsiz bir şəkildə göndərməyə cəhd etmir. Yəni olduğu kimi göndərir. Düzdür, Votsap da bir neçə ay əvvəl keyfiyyətli göndərmələr üçün o imkanı tətbiq etməyə başladı, amma bu şəkillərdə özünü doğrultsa da, video məsələsində yenə də Votsap məhdudiyyət tətbiq edir. Yəni bizim əlimizdə olan 15-20 dəqiqəlik videoları olduğu kimi göndərə bilmirik. Vatsap onu kəsir, yarısını göndərir, yarısını göndərmir. Amma Teleqram belə etmir. Gördüyünüz kimi, hər ikisinin üstünlükləri də, çatımazlıqları da var. Ümumi götürdükdə, xəbər paylaşımlarında Teleqram daha əlverişli, daha praktik, daha əlçatan, daha uyğundur”-deyə A.Həsrət bildirdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031