"Geniş formatda işləmək Bakı və Moskvaya yaxın gələcək üçün addımları müəyyən etmək imkanı verir" - Putin
Geniş formatda işləmək Bakı və Moskvaya yaxın gələcək üçün addımları müəyyən etmək imkanı verir. Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə deyib.
“Bu yaxınlarda, 10 gün əvvəl hökumətlərarası komissiyanın iclası keçirildi. Biz 2022-ci ilin müvafiq bəyannaməsində qeyd olunan sazişlərimizi tam şəkildə yerinə yetirdiyimizi bildirdik. Bu ilin aprelində Sizin səfəriniz zamanı əldə edilmiş razılaşmalarla belə geniş tərkibdə işləmək yaxın gələcək üçün addımların konturlarını müəyyən etməyə imkan verir”, - Rusiya lideri qeyd edib.