Prezident İlham Əliyev: "Azərbaycanda rus dilində tədris olunan 324 məktəb var"
Azərbaycan həmişə Rusiya ilə humanitar əməkdaşlığa xüsusi diqqət yetirib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında deyib.
Dövlət başçısı xatırladıb ki, Azərbaycanda 324 rus dilində tədris olunan məktəb var ki, orada 160 minə yaxın şagird təhsil alır.
"800 mindən çox tələbə rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali məktəbində 15 mindən çox tələbənin təhsil aldığı rus dilində kafedralar fəaliyyət göstərir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Və bu gün biz təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələsini də müzakirə etdik", - Prezident vurğulayıb.