Amerikalı zabit Kursk AES-lə bağlı xəbərdarlıq etdi - Avropa yeni “Çernobıl” fəlakətinə hazırlaşmalıdır...
Ukrayna müharibə başlayandan bəri ilk dəfə Kursk vasitəsilə Rusiya ərazisinə daxil oldu. İki gün əvvəl isə Rusiya Kursk Atom Elektrik Stansiyası və Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyətin pisləşdiyi barədə xəbərdarlıq edib.
Rusiyanın dünyanı ürkütən bu çağırışından sonra “Russia Today”ə açıqlama verən amerikalı istefada olan zabit Stanislav Krapivnik bildirib ki, Ukrayna Kursk Atom Elektrik Stansiyasını vurarsa, bu, Avropanın əksər hissəsini əhatə edəcək nüvə fəlakətinə səbəb ola bilər.
Kursk Atom Elektrik Stansiyasının fəaliyyətdə olduğunu bildirən Krapivnik, soyutma sistemi hədəf alınarsa, bunun Fukusima və ya Çernobıl kimi bir hadisəyə yol aça biləcək "nüvə əriməsinə" səbəb olacağını və küləyin şimal-qərbdən əsməsi ilə Avropanın böyük hissəsinin bundan təsirlənəcəyini vurğulayıb.
Fəlakətin Polşa, Almaniya, Danimarka və Skandinaviya ölkələrinə çatacağını söyləyən Krapivnik bildirib ki, Kursk Atom Elektrik Stansiyasında baş verən ərimə bölgəni yaşayış üçün yararsız hala gətirəcək.
TAHİR