Avropanın sanksiyalara baxmayaraq Rusiya ilə yüz milyonlarla dollarlıq uran ticarəti ortaya çıxdı - ŞOK hesabat...
Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarını pozan qalmaqal ortaya çıxdı. Avropa ilə nüvə müharibəsi astanasında olan Rusiyanın Qərb dövlətləri ilə yüz milyonlarla dollarlıq uran ticarəti etdiyi məlum olub.
Belə ki, açıqlanan hesabata görə, Rusiyanın “Rosatom”şirkəti Hollandiyadakı törəmə şirkəti vasitəsilə 2022-ci ildə sanksiyaların kölgəsi altında Qərb ölkələri ilə yüz milyonlarla dollarlıq uran ticarəti həyata keçirib.
Amstredamda yerləşən Uranium One Cooperatief-in 2022-ci il üçün illik hesabatında, "Rosatom"un şirkətin səhmlərinə sahib olduğu və şirkətin gəlirinin bir hissəsini Rusiyaya köçürdüyü bildirilir. Hesabatda, Hollandiyadakı törəmə şirkətin Qazaxıstan və Tanzaniyada nüvə xammalının çıxarılması ilə məşğul olduğu, ABŞ və AB ölkələrinin sanksiyalarına baxmayaraq, Qərb ölkələrində uran ticarətini davam etdirdiyi görülür.
Rusiyanın uran sektorundakı roluna diqqət çəkilən hesabatda, Hollandiya şirkətinin Ukrayna müharibəsinə görə, bir çox rus iş adamı və şirkətinə qarşı sanksiyalara baxmayaraq, 2022-ci ildə 240,6 milyon dollar gəlir əldə etdiyi qeyd edilib. "Rosatom"a məxsus Hollandiya şirkətinin 2022-ci il fəaliyyətləri çərçivəsində gəlirinin əvvəlki ilə nisbətən 4 dəfədən çox artaraq 90,9 milyon dollara çatdığı vurğulanıb.
Qərb mediası yazır ki, Avropanın uran asılılığına görə, "Rosatom"a qarşı hələ də sanksiyalar tətbiq edilmədiyi, bununla belə xüsusilə ABŞ-dan sanksiya çağırışlarının artdığı bildirilir. Ancaq qeyd edilir ki, Rusiyanı uran bazarından çıxarmaq hələ mümkün deyil, digər tərəfdən Qərbdəki nüvə sənayesi dünyanın ən böyük zənginləşdirilmiş uran tədarükçüsü olan və hazırda bazarda 35 faizlik paya sahib "Rosatom" olmadan ciddi problmlərlə üzləşə bilər.
Çexiya, Slovakiya, Bolqarıstan, Macarıstan və Finlandiyadakı keçmiş sovt nüvə stansiyalarının Rusiya yanacağı ilə işlədiyi qeyd edilən xəbərdə, Avropa şirkətlərinin bu vəziyyətə alternativ tapmağa çalışdığı bildirilir.
Norveç mərkəzli ətraf mühit təşkilatı "Bellona" tərəfindən aparılan araşdırma, Avropanın Rusiyadan nüvə yanacağı idxalının 2023-cü ildə əvvəlki ilə nisbətən iki dəfə artdığını ortaya qoyur. Araşdırmada Slovakiya və Çexiyanın, ehtimal ki, gələcək sanksiyalara görə Rusiyadan əhəmiyyətli dərəcədə daha çox mal aldığı qeyd edilir.
TAHİR