KÖHNƏ VERSİYA            

Minsk Qrupu barədə İrəvanda yeni fikir - Bakı ilə birgə edə bilərik...

Image

Ermənistan bəyan edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilib-etdirilməməsi məsələsinə Azərbaycanla sülh müqaviləsinin imzalanması kontekstində baxılmalıdır. Qeyd edək ki, bu məsələ Azərbaycanın əsas tələblərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda bildirmişdi ki, Ermənistan Minsk qrupunun buraxılması üçün birgə müraciət etməlidir.

Hazırda sülh mətninin razılaşdırılmasında iki başlıca maneə var. Bunlar barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı qeyd edib: “Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni Minsk qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu bir testdir, bu bir göstəricidir...Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilməlidir. Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir”. 

Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin diplomatik yollarla çözümü məqsədilə yaradılıb. Uzun illər turist səfərləri ilə gündəmdə olan Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir ciddi nəticə ortaya qoya bilmədilər. Bir sıra məqamlarda hətta ermənipərəst, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandıran açıqlama və çıxışlar etməklə Azərbaycan xalqının haqlı narazılığına səbəb oldular. Minsk Qrupunun mövcudluğu problemi saxlamaq, dondurmaq, onu uzatmaqdan ibarət oldu. Ermənistanın qeyri-konstruktiv mövqeyi və Minsk qrupunun dişsizliyi danışıqlarda ortaq məxrəcə gəlinməsini mümkünsüz edirdi. BMT-nin hələ 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnaməsinin hüquqi gücündən bəhrələnmək şansını dəyərləndirə bilməyən Minsk qrupunun fəaliyyəti sadəcə görüntü xarakteri daşımağa başladı. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan ordusu cəmi 44 gün ərzində BMT, ATƏT və digər beynəlxalq təşkilatların 30 ilə yaxın müddət ərzində həll edə bilmədikləri və yaxud həll etmək istəmədikləri Qarabağ problemini təkbaşına çözərək ölkəmizin ərazi bütövlüyünü birdəfəlik bərpa etdi. Ancaq müharibənin gedişində də Minsk qrupu, nəinki Ermənistanın mülki əhalimizə və milli-mənəvi dəyərlərimizə qarşı törətdiyi cinayətləri və vandalizm əməllərini yenə də susqunluqla qarşılayaraq bitərəf mövqe nümayiş etdirdi, hətta onun həmsədrlərindən biri olan Fransa açıq şəkildə Ermənistanı dəstəkləyən bəyanatlarla çıxış etdi. Lakin buna baxmayaraq, müharibədən sonra “oyundankənar” vəziyyətə düşmüş ATƏT-in Minsk Qrupu yenidən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəallıq nümayiş etdirməyə cəhd göstərdi. Ermənistan Minsk Qrupu timsalında özünə həm beynəlxalq dayaq, həm də əvvəllər olduğu kimi, bu qrupun həmsədrlərinin ayrı-ayrılıqda dəstəyinə ümid edirdi. Amma Azərbaycan bütün bunların qarşısını uğurla aldı. 

İndi ölkəmizin tələbi qrupun birdəfəlik ləğvidir. Azərbaycan Ermənistandan Minsk qrupunun iki ölkə arasında sülh müqaviləsi imzalanmazdan əvvəl buraxılması üçün birgə müraciətə razılıq verməsini tələb edir. Məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi “Azatutyun”un bu barədə sorğusuna yazılı cavabında bildirib: “Ermənistan tərəfi Minsk prosesinin davam etməsi məsələsinə münasibətlərin tam həlli və ilk növbədə sülh müqaviləsinin yekunlaşdırılması kontekstində baxa bilər”. Bir daha xatırladaq ki, son 30 ildə Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri uzunmüddətli münaqişəyə diplomatik həll tapmağa çalışıblar. Lakin Azərbaycan 2020-ci il müharibəsinin nəticəsi olaraq Qarabağ ətrafındakı 7 rayona və ermənilərin yaşadıqların başqa ərazilərə nəzarəti ələ aldıqdan sonra Minsk Qrupu fəaliyyətsiz duruma düşüb. Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra isə qrupun əhəmiyyəti tamamilə sıradan çıxıb. Minsk qrupu üçlüyünün statusu Rusiya 2022-ci ildə Ukraynaya hücum etdikdən sonra onunla qrupun digər iki üzvü arasında yaranmış geosiyasi ixtilafa görə ümumiyyətlə sual altına düşüb. Bununla əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin dekabrında demişdi ki, Qərb Minsk Qrupunu öz əlləri ilə dəfn edib. Bundan əvvəl 2022-ci ilin noyabrında ABŞ administrasiyası bildirmişdi ki, ATƏT-in Minsk Qrupu artıq fəaliyyət göstərmir,  Vaşinqton Azərbaycanla Ermənistan arasında tənzimləmə ilə yalnız Bakı və İrəvanla birbaşa əlaqələrlə məşğul olur. ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə ovaxtkı müşaviri Filip Riker demişdi: “Məncə iş o həddə çatıb ki, biz Minsk qrupunun mandatına konsensusla son qoya bilərik. Özlüyündə mandat faydalıdır. Hərçənd, Minsk Qrupu həmsədrlərinin prosesi artıq işləmir. Və biz tərəflərlə birlikdə birbaşa onların sülh prosesində iştirak edirik”. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupu rəsmən ləğv edilməyib. İndi sülh üçün Azərbaycan Minsk qrupunun rəsmən ləğv olunmasını istəyir. Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması İrəvanın bu tələbi qəbul edə biləcəyini iistisna etmir.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031