Belqorodda sızmağa cəhd edən Ukrayna əsgərləri ruslarla üz-üzə gəldi - bölməmizin bütün əsgərləri ya yaralandı, ya da öldürüldü…
Belqorod vilayətinə sızmağa cəhd edən Ukrayna əsgərləri Rusiya qüvvələri ilə qarşılaşıb və çoxlu itkilər verərək geri çəkilməli olub.
“Washington Post”un yaralı əsgərlərə istinadən verdiyi məlumata görə, Belqoroddakı rus qoşunları Ukrayna qüvvələrinin gəlişi üçün hazır vəziyyətdə imiş. Qəzetin yazdığına görə, Kolotilovka kəndi yaxınlığındakı Krasnoyarujski rayonuna gələn Ukrayna hərbçiləri “əjdaha dişləri” adlandırılan tank əleyhinə maneələrlə gücləndirilmiş və minalanmış əraziyə daxil olublar. Bu zaman Ukrayna əsgərləri intensiv artilleriya, dron və hava zərbələrinə məruz qalıb.
"Hacker" kod adlı 24 yaşlı əsgər bildirib ki, "gəldiyimiz gün bütün bölməmizin əsgərləri yaralandı və ya həlak oldu".
Bu arada, Rusiya bölgədə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar Belqorod vilayətinin doqquz rayonunda mobil rabitə və internet xidmətlərini pulsuz edib. Bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
TAHİR