KÖHNƏ VERSİYA            

“İsrailin Azərbaycandakı silahları geri qaytarıldı, hədəf İrandır” - molla kəşfiyyatının bəyanatı...

Image

İbrahim Rüstəmli: “Sual olunur, Azərbaycan İsraildən öz pulu ilə aldığı silahı niyə geri qaytarmalıdır ki?”

İran Azərbaycana qarşı dezinformasiya siyasətini ardıcıl olaraq davam etdirir. Biz hər gün belə dezinformasiyaların, yanlış məlumatların, əsassız iddaların şahidi oluruq. SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) sosial şəbəkə hesablarında yayılan dezinformasiya da bu qəbildəndir.

SEPAH idda edir ki, guya son iki ildə İsraildən Bakıya göndərilən bütün silahlar İsrailə qaytarılıb. Erməni mediası yazır ki, SEPAH-a bağlı sosial şəbəkə platformalarında dərc olunan mesajda “bu, işğal olunmuş Fələstində İsraillə münaqişənin müsbət nəticələrindən biridir. Güman edilirdi ki, bu silahlar İranın şimal-qərb sərhədində regionda sabitliyi pozmaq üçün istifadə olunacaq” - deyə bildirilib.

“Bu dezinformasiyanın arxasında Azərbaycanı hədəfə almaq dayanır” 

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, SEPAH-ın yaydığı məlumat dezinformasiyadır. “Bu dezinformasiya məqsədli şəkildə dövriyyəyə buraxılıb, onlar öz çirkin məqsədlərinə çatmaq üçün bu üsuldan istifadə edirlər. Bu dezinformasiyalar məlum mərkəzlər tərəfindən xüsusu şəkildə hazırlanıb sosial şəbəkələrə, mətbuata ötürülüb. Necə ki, koronavirusu laboratoriyada yetişdirib insanlar arasında yaydılar, eləcə də bu cür dezinformasiyaları hazırlayıb yayırlar. Onların məqsədi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır. Sual olunur, Azərbaycan İsraildən öz pulu ilə aldığı silahı niyə geri qaytarmalıdır ki? İsrail bütün dünyaya silah ixrac edir, satır. İsrail bu müharibəyə uzun illərdir ki, hazırlaşırdı, İsrail kəşfiyyatı dünyanın ən güclü kəşfiyyat institutlarından biridir. Yəni İsrail o günə qalıb ki, Azərbaycana satdığı silahları geri alsın? 

Bu iddialar əsassızdır, absurddur. Bu dezinformasiyanın arxasında Azərbaycanı hədəfə almaq dayanır. Sənin İsrailə gücün çatmır, gəlib Azərbaycanı hədəfə alırsan. Onlar həmişə əsassız olaraq Azərbaycanı hədəfə alıblar. Biz bunu həmişə görmüşük. Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbəsi İranı narahat edir. Azərbaycanın güclənməsindən də əndişə keçirir”.

İ.Rüstəmli bildirdi ki, Azərbaycanın müstəqil dövlət kimi silah almaq, silah satmaq hüququ var və bizim hərbi sənayemiz də getdikcə inkişaf edir. İ.Rüstəmli deyir ki, SEPAH tərəfindən yayılan bu məlumat özündə ağlagəlməz yalanları əks etdirir, şər-böhtan onların öz siyasətindən, daxilindən gələn və öz siyasətlərinə xidmət edən amillərdir. 

“İsrail Azərbaycanın starteji müttəfiqidir. Strateji müttəfiq kimi də Azərbaycan İsraillə silah-sursat alış-satışı həyata keçirə bilər. Eləcə də digər dövlətlərin bu istiqamətdə qarşılıqlı müqavilələri, razılaşmaları var. Dövlət rəhbərliyi səviyyəsində rəsmi qaydada ikitərəfli, üçtərəfli və sair danışıqlar var və o danışıqlar əsasında silahlar alınır, satılır. Belə deyək, Azərbaycan əgər İsraildən silah alırsa bu onun hüquqi cəhətdən haqqıdır. Yəni heç bir dövlətin ona müdaxilə etməsinin yeri yoxdur. Azərbaycan müstəqil bir dövlətdir. O ki qaldı İsrail məsələsinə, onlar çoxdandır İsrail məsələsini Azərbaycana etap etmək istəyirlər, guya onların bizdə hərbiçiləri var və sair. Burada da məqsəd Azərbaycanı hədəfə almaqdır. Bu da nədən ibarətdir? Əvvəlcə informasiya bazasını yaradırlar, belə fon formalaşdırırlar, sonra da Azərbaycanı suçlamağa çalışırlar. Halbuki, Azərbaycan öz yaxın qonşuları, Rusiya, İran, Gürcüstanla, eləcə də digər dövlətlərlə çox stabil, düşünülmüş, uzaq hədəfləri nəzərdə tutan münasibətlər qurub. Bu münasibətlərdə Rusiyaya, İrana, Gürcüstana, heç Ermənistanın özünə belə təhdid yoxdur. Bütün danışıqlar, razılaşmalar dövlət rəhbərliyi səviyyəsində əldə olunur və bilirsiz ki, Qərbi Zəngəzur məsələsi də Ermənistan hökumətinin öz məsuliyyətidir. Bir zamanlar hər şeyə razı olublar, sənəd imzalayıblar və sair. 

İndi bu məsələdə də məqsəd Azərbaycanı İsrailin strateji müttəfiqi kimi hədəfə almaqdan və İranda Azərbaycana qarşı dezinformasiya fonunda mənfi, neqativ rəy formalaşdırmaqdan ibarətdir. İranın da Azərbaycana qarşı mövqeyini bilirsiz. Onlar dünənə qədər Ermənistanla can bir qəlbdə qardaş idilər, qucaqlaşıb öpüşürdülər. İndi Amerika okeanın o tayından Ermənistana lövbər atıb, İranın da Ermənistana münasibəti dəyişib. Bilirsiz, yeni geosiyasi reallıqlar yeni geosiyasi baxışlara gətirib çıxarır. Halbuki, Azərbaycanın İsraillə münasibətlərində İrana qarşı heç bir təhdid yoxdur, ola da bilməz. Azərbaycanın İran problemi yoxdur. Birincisi, İranın İsrail problemi varsa gedib onu başqa yerdə axtarsın. İkincisi də, yenə də deyirəm, dövlət başçıları səviyyəsində dövlətlərarası razılaşmalar, müqavilələr var, Azərbaycan da bunun əsasında tək İsraildən yox, dünyanın ən müasir silah istehsalçısı olan ölkələrdən silahlar alır və bu onun konstision hüququdur, beynəlxalq hüquqdur. Azərbaycan İsrail-İran münasibətlərində hər hansı bir gərginləşməyə səbəb olacaq heç bir addım atmır. Bunu özünə münasib bilmir, özünə sığışdırmır.

İran, SEPAH tez-tez ortaya söhbətlər atır ki, guya Azərbaycan İsrailə dəstək verir. Azərbaycan heç zaman İsrail üzərindən İrana qarşı mübarizə aparmır. Azərbaycanın nə İsrail, nə İran, nə Rusiya problemi var. Azərbaycan bir dövlət olaraq müstəqil siyasət həyata keçirir. Bu siyasəti şərtləndirən əsas hədəf də ondan ibarətdir ki, Azərbaycan istər hərbi, istər siyasi, istər iqtisadi addımlarında beynəlxalq hüququn normalarını gözləyir.

Ona görə də bu kimi iddiaların əsası yoxdur, bu, xüsusi hazırlanmış dezinformasiyadır” - deyə İ.Rüstəmli bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031