Kreml təsdiqlədi - Putin Bakıya gəlir...
Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək. Səfərin yekununda iki dövlət başçısının birgə bəyanatla çıxış edəcəyi gözlənilir. Bu barədə Kreml məlumat yayıb.
Kremlin Teleqram kanalında yayılanan məlumatda deyilir ki, görüş zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Vladimir Putin və İlham Əliyevin birgə bəyanatı ilə yanaşı, hökumətlərarası sənədlərin də imzalanması gözlənilir.
Rusiya prezidenti Azərbaycana sonuncu dəfə 2018-ci ildə səfər edib.
TAHİR