Ukrayna dayanmır - indi də Belqorodu vurdu!
Ukrayna ordusu PUA-larla Belqorod vilayətinə hücum edib. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində Qrafovka kəndinə ziyan dəyib: “Drondan atılan partlayıcı qurğu özəl sektorlardan birinə düşüb. Nəticədə iki avtomobil tamamilə yanıb. Həmçinin iki fərdi evin pəncərələri sınıb, dam örtüyü, fasad və hasarlar dağılıb”.
Mətləb