Məşhur aktyorun ölümünə görə 5 nəfər həbs olundu
ABŞ-da məşhur aktyor Metyu Perrinin ölümü ilə əlaqədar 5 nəfər saxlanılıb. ABŞ Prokurorluğunun yaydığı məlumata görə, həbs olunanlar 2 həkim, Metyu Perrinin evində yaşayan şəxsi köməkçisi, “ketamin kralı” adlandırılan şəxs və digər maddə tədarükçüsüdür. Onlar aktyorun ölümünə bir neçə həftə qalmış ona ketamin adlı maddə verməkdə ittiham olunurlar.
Onlar nə etdiklərindən xəbərdar olublar və maddədən asılı olan şəxsin vəziyyətindən sui-istifadə edərək bunu daha çox pul qazanmaq məqsədilə ediblər.
Mətləb Salahov