ABŞ Ukraynaya yenə güclü silahlar göndərəcək - Ağ Ev açıqlama yaydı
ABŞ yaxın həftələrdə Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyi planlaşdırır. Bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Ağ evin rəsmisi qanadlı raketlərin tədarükündən söhbət getdiyini dəqiqləşdirməyib. Lakin qərb mətbuatı növbəti hərbi yardımın daha güclü olacağından həftələrdir yazır. Belə görünür ki, Co Bayden administrasiyası Ukrayna münaqişəsində daha aktiv hərbi hərəkətlilik yaratmaq, Ukrayna Ordusunun Rusiyaya hücumlarını intensivləşdirmək istəyir.
Mətləb Salahov