"Qəzzada başqa dövlət qurula bilməz" - Mahmud Abbas
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bəyan edib ki, ötən ilin oktyabrın 7-dən bəri Qəzzada 40 min insan həlak olub, 80 min yaralı və 10 min itkin var. "Buna baxmayaraq, xalqımız sınmayacaq, təslim olmayacaq, biz dik durmağa davam edib torpağımızı tərk etməyəcəyik. Qəzza Fələstin Dövlətinin ayrılmaz hissəsidir. Qəzzada başqa dövlət qurula bilməz. Qəzzanı yenidən quracağıq. Biz bunu gələcəkdə paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətimizi qurmaq üçün edəcəyik", - Mahmud Abbas vurğulayıb.
Mətləb Salahov