Lukaşenkodan Qərbə nüvə mesajı - qırmızı düymələr çoxdan basılıb, qalır “ən qırmızı” olanı basmaq...
Belarus prezidenti Aleksandr Lukaşenko ətrafdakı ölkələr Belarus sərhədlərinə girmədiyi müddətcə nüvə silahından istifadə etməyəcəklərini bəyan edib.
Lukaşenko Rusiyanın “Rossiya” dövlət televiziyasına müsahibəsində ölkədəki nüvə silahlarından istifadə etmək üçün “qırmızı düymə”yə basmağa hazır olub-olmaması sualını cavablandırıb.
Nüvə silahları ilə bağlı artıq hər tərəfdə "qırmızı düymə"yə basıldığını bildirən Lukaşenko deyib ki, Belarus və Rusiyanın ətrafında qırmızı düymələr artıq çoxdan basılıb. Qalır “ən qırmızı” olanı basmaq.
“Belarusda taktiki nüvə silahları ortaya çıxanda onlara (xaricdəki rəqiblərimizə) birbaşa dedim: Siz dövlət sərhədlərimizə girənə qədər heç bir silahdan istifadə etməyəcəyik. Bu, Belarus-Rusiya İttifaqı dövlət sərhədidir" – deyə Lukaşenko bildirib.
TAHİR