KÖHNƏ VERSİYA            

Azərbaycan-Ermənistan sazişi bu il də baş tutmaya bilər...

Image

“Hakimiyyətin vəzifəsi seçkilərə qədər sülh sənədini imzalamaq, insanları bunun sülh gətirdiyinə inandırmaqdır”. Belə bir açıqlama ilə Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan çıxış edib: “Bunu o halda edirlər ki, Ermənistanla Azərbaycan problemli və müharibə təhlükəsi ehtiva edən müddəaları seçkilərdən sonraya buraxacaq.

Maraqlıdır, niyə Ermənistanın rəhbəri sülh adlı sənədi imzalamağa tələsir və bunun üçün güzəştlərə getməyə hazırdır? Bu sual son dövrdə, regional kommunikasiyaların açılması məsələsinin sülh müqaviləsinin mətnindən çıxarıldığı və ayrıca müzakirəyə qoyulduğu üzə çıxanda daha da aktuallaşdı. İstisna deyil ki, hansısa mərhələdə sərhədlərin tənzimlənməsi ilə bağlı müddəa sənəddən çıxarılacaq və ayrıca danışıqların predmeti hesab ediləcək”. Məsələ ilə bağlı erməni politoloq Tevan Poğosyanın da açıqlamaları xüsusi maraq doğurur: “Azərbaycan Zəngəzur dəhlizi məsələsində hesablamalar aparıb və öz marağına uyğun qərarı seçib. Azərbaycan öz maraqlarından çıxış edərək hesablayıb ki, bu gün daha əlverişlidir. Bakı son və real məqsədinə çatmaq istəyini dəyişmədən bu cür yanaşma nümayiş etdirə bilər. Sülh müqaviləsindən danışırlar, amma o sülh müqaviləsi baş tutmayacaq. Azərbaycan deyəcək ki, biz kommunikasiyaların blokdan çıxarılması məsələsini aradan qaldırmağa hazırıq, amma daha bir məsələ - Ermənistanın konstitusiyası məsələsi var. Ermənistana sual verəcək ki, bizim bu müqaviləni imzalamağımız üçün siz konstitusiyanı dəyişmisiniz? Yenə deyirəm, Azərbaycan oturub hər şeyi hesablayıb və bu gün hər şeyi - beynəlxalq vəziyyəti, oktyabrda gözlənilən parlament seçkilərini, İsrail-İran qarşıdurmasını, Gürcüstanda keçiriləcək seçkilərni, Rusiya-Qərb qarşıdurmasını və sairi oynayır, buna görə də indi niyə tələsməlidir? Şübhə edirəm ki, kommunikasiyaların blokdan çıxarılması Ermənistan hökumətinin tələbi olub və Azərbaycan hesablayıb razılaşıb”.  Ermənistanın APRI tədqiqat mərkəzinin eksperti Sergey Melkonyan da qeyd edir ki, indi bütün səylər noyabra qədər sazişin imzalanmasına yönəlib. Onun sözlərinə görə, bu, sülh müqaviləsi olmayacaq, gələcək müqavilənin əsas prinsiplərinin qeyd olunacağı aralıq saziş olacaq: “Aralıq sazişdə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyacaq və söz verəcək ki, onlar öz siyasətlərini beynəlxalq hüquq prinsipləri əsasında aparacaqlar, güc təhdidi olmayacaq. Danışıqları davam etdirmək üçün xoş niyyətli olduqlarını göstərəcəklər və sair. Hər kəs həyəcanlı vəziyyətdə yaşayır. Söhbət təkcə Yaxın Şərqdən yox, həm də regionumuzdan gedir, çünki işlər sürətlə gedir, qərar vermə prosesi çox qısadır”. Melkonyan bildirib ki, 1 saat ərzində qərar vermək zərurəti yarana bilər. Bunlar fonunda, “Eurasia” nəşri yazır ki, sülh üçün Ermənistan və Azərbaycan bir əsas maneəni aradan qaldırdılar: “Lakin çoxdankı düşmənlər arasında uzunmüddətli sülh müqaviləsinə gedən yolda hələ də bir sıra ciddi problemlər var. Avqustun əvvəlində Ermənistan Xarici İşlər Nazirliyi  təsdiq edib ki, Azərbaycan rəsmiləri sülh sazişi layihəsindən Bakının Naxçıvan eksklavını Azərbaycanın əsas hissəsi ilə birləşdirən quru dəhlizi alması ilə bağlı müddəanı çıxarmağa razılaşıblar. Bakının Zəngəzurla bağlı müddəadan imtina etməsi faktını ilk dəfə  “Azatutyun” radiosu yayıb. Azərbaycan rəsmiləri bildiriblər ki, daha sonra qarşılıqlı razılaşma əldə etmək üçün daha əlverişli şərtlər yarananda məsələyə yenidən baxıla bilər. Bu bəyanat son aylarda dalana dirənmiş kimi görünən sülh prosesinin bərpasına işarədir. Görünür bu, iki dövlətin nümayəndələri arasında birbaşa danışıqların nəticəsi olub. Əvvəllər sülh danışıqları xarici güclərin, o cümlədən Rusiya, ABŞ, Fransa və Almaniyanın vasitəçiliyi ilə aparılırdı.

2020-ci ildə hazırlanmış plana görə, Azərbaycan Qarabağın əhəmiyyətli hissəsini geri aldıqdan sonra Zəngəzur dəhlizi ilə təhlükəsizliyin və rahat hərəkətin təmin edilməsində rus qoşunları böyük rol oynamalı idi. Bu planda Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən tranzit dəhlizinin təşkili də nəzərdə tutulurdu. İndi Zəngəzur və digər “rabitə” marşrutları məsələsi sülh müqaviləsi layihəsindən çıxarıldığı üçün Rusiya gələcəkdə Cənubi Qafqazda istifadə edə biləcəyi təsir rıçaqlarını itirə bilər. Son zamanlar həm Ermənistan, həm də Azərbaycan sülh sazişinin tezliklə bağlanmasında maraqlı olduqlarını bildiriblər. İyulda Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, iki ölkə sülh müqaviləsi layihəsinin mətninin təxminən 90 faizini razılaşdırıb. Ən böyük maneə Azərbaycanın İrəvanın Qarabağın Ermənistanın bir hissəsi olmadığını aydınlaşdırmaq üçün Ermənistan konstitusiyasına dəyişiklik etməsi tələbi olaraq qalır. Paşinyan hökuməti ölkənin əsas qanununa dəyişiklik etmək ideyasına açıq görünür, lakin məsələnin həssaslığını və ölkədaxili münasibətləri nəzərə alaraq ehtiyatla irəliləyir. Ermənistan ictimaiyyətinin əhəmiyyətli bir hissəsi Qarabağın son itkisinin tanınması ideyasına qarşıdır. Azərbaycan rəsmiləri, deyəsən, Paşinyanın vəziyyətinin mürəkkəbliyini dərk edirlər. Bakının insayderlərindən biri belə şərh edib ki, sülh sazişi layihəsindən Zəngəzur maddəsinin çıxarılması qərarını Paşinyan hökumətini konstitusiya dəyişiklikləri üzərində işləməyə davam etməyə həvəsləndirmək üçün güzəşt kimi qiymətləndirmək olar. Danışıqlarda bilavasitə iştirak edən Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, biz sülh müqaviləsi layihəsinin yekunlaşdırılması vəzifəsini daha da çətinləşdirmək istəmirik”. Nəşr yazır ki, bütün bunlar sülh üçün əlverişli zəmin yaradır.

Nahid SALAYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30