KÖHNƏ VERSİYA            

Azərbaycanın əsas müttəfiqlərindən birinin Talibanla ciddi problemi yarandı...

Image

Bəllidir ki, Azərbaycanın xarici siyasətində Pakistanla münasibətlər mühüm yer tutur, iki ölkə arasında çoxşaxəli əlaqələr mövcuddur. Ölkələrimiz bir-birinə sıx dostluq və qardaşlıq əlaqələri ilə bağlıdır. Ümumiyyətlə, iki ölkənin münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də bunu xalqların bir-birinə yanaşması tələb edir. 

Qeyd edilənlər fonunda ötən ay prezident İlham Əliyevin Pakistana dövlət səfəri və ölkə başçısının yüksək səviyyədə qarşılanması da tamamilə təbii xarakter daşıyır. Xatırladaq ki, səfər çərçivəsində bir sıra mühüm tədbirlər baş tutub, ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr aparılıb. Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə, bugünə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan da bütün məsələlərdə, o cümlədən Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini əksər məsələlərdə qeyd-şərtsiz dəstəkləyir. Hazırda ölkələrimiz müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil, farmakoloji preparatlar və digər sahələrdə əməkdaşlıq edirlər. Hazırda iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bütün bunlar fonunda Pakistanda baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Son vaxtlarda isə Pakistan üçün ciddi bir problem meydana çıxıb. Bu xüsusda “Radio Azadi” yazır ki, hələ üç il öncə - Taliban hakimiyyəti ələ keçirəndən bir neçə gün sonra Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinin rəhbəri general-leytenant Faiz Həmid Əfqanıstanın paytaxtı Kabilə bir növ qələbə səfəri etmişdi. “Xahiş edirəm narahat olmayasınız. Hər şey yaxşı olacaq” deyən  general beşulduzlu “Sarena” otelində gülümsəyərək çay içə-içə Qərb jurnalistlərinə belə demişdi: “Di gəl, üç il sonra Pakistan Talibanın hakimiyyəti yenidən ələ keçirməsindən məmnun görünmür. Belə ki, Taliban hökuməti artıq Pakistanın əsas düşməninə çevrilib. 

İslamabad Talibanı 2021-ci ildə yüzlərlə Pakistan hərbçisini öldürən “Təhrike Taliban Pakistan” hərəkatına sığınacaq verməkdə günahlandırır. “Təhrike Taliban Pakistan”ın Əfqanıstanın daxilində gizləndiyi düşünülən yerlərə Pakistanın davamlı hava zərbələri və diplomatik xəbərdarlıqları heç bir nəticə vermir. İslamabad öz tələblərini dəfələrlə təkrarlasa da, Taliban “Təhrike Taliban Pakistan”nı dəstəkləməkdən əl çəkmir. Pakistanla Əfqanıstan arasında əsas sərhəd keçid məntəqəsi olan Torxam artıq bu fonda bir neçə gündür ki,  qapalıdır. Avqustun 12-də baş verən atışma nəticəsində bir neçə Taliban döyüşçüsü yaralanmış, azı, üç Pakistan hərbçisi həyatını itirmişdi. İki ölkə arasındakı 2 min 500 kilometrlik sərhəd boyunca belə toqquşmalar, demək olar, hər həftə baş verir. Sərhədin tez-tez bağlanması və 1 milyona yaxın yoxsul əfqanın Pakistandan çıxarılması da Əfqanıstanın indiki hakimiyyətinə İslamabadın tələblərini qəbul etdirə bilmir”. Baş verənlər fonunda “Xorasan gündəliyi” saytının xəbər direktoru İhsanulla Tipu Məsud bildirir: “Durum 180 dərəcə dəyişib. İndi savaşa aparan münaqişə vəziyyəti var”. Avqustun 14-də - Pakistanın Müstəqillik Günündə ölkənin ordu rəhbəri general Asim Munir Taliban hökumətindən səmimi əməkdaşlıq münasibətləri naminə İslamabadın tələblərinə cavab verməsini xahiş edib. O, Taliban hökumətini “Təhrike Taliban Pakistan” ilə bağlarını Palistanla münasibətlərdən üstün tutmamağa çağırıb: “Pakistan hər zaman sizə kömək etdiyi kimi, siz də bu bəlaya son qoymaq işində bizə qoşulmalısınız”. Ancaq Aİ və BMT-nin Əfqanıstandakı keçmiş müşaviri, hazırda Belfastdakı Kvins Universitetinin professoru Maykl Sempl  deyir ki, Pakistanı ağuşuna alan dərin siyasi və iqtisadi böhranı görən Taliban üçün “Təhrike Taliban Pakistan”ın, az qala, 20 il sürən kampaniyasından əl çəkmək çətin olacaq. Talibanın hakimiyyətə qayıdışından sonra “Təhrike Taliban Pakistan” yeni güclə ortaya çıxıb. 2014-cü ildə Pakistan ordusunun keçirdiyi əməliyyat və ABŞ-nin dron zərbələri nəticəsində sıraları seyrələn və rəhbərliyi zəifləyən “Təhrike Taliban Pakistan”Əfqanıstana çəkilmişdi. “Təhrike Taliban Pakistan” yaxın ideoloji və təşkilati baxımdan müttəfiqi Talibanın döyüş taktikasını mənimsəyib. Əsasən, təhlükəsizlik qüvvələrini hədəf alan qrup bəzi sərhəd bölgələrində İslamabadın hakimiyyətinə meydan oxumaq üçün kölgə hökuməti yaradıb. Sempl deyir ki, indi Talibanın casus xidməti olan Baş Kəşfiyyat İdarəsinin “Təhrike Taliban Pakistan” ali lideri Molla Heybətulla Axundzadəyə xeyir-dua verməklə qurumu dəstəklədiyinə dair artan dəlillər var: “Onların bir strateji dərinliyə nail olmaq, Pakistanda şəriət əsaslı sistemin qurulmasında bir növ böyük tərəfdaş olmaq arzusu var”. Strateji dərinlik bir zamanlar Pakistanın hərbi doktrinasını xarakterizə edirdi. 1979-89-cu illərdə Pakistan SSRİ-nin Əfqanıstanı işğalına qarşı sərhəd dövlətinə çevrilmişdi. O zaman onun hərbi strateqləri qonşu ölkədə dominantlıq etmək və Pakistanın əsas düşməni Hindistanla müharibə başlayarsa, Əfqanıstandan arxa cəbhə kimi yararlanmaq məqsədinə fokuslandılar. Məsud deyir ki, “Təhrike Taliban Pakistan”da çox sayda əfqan Taliban döyüşçüsü cəmləşib və Talibanın müttəfiqi olan bəzi mollalar dəfələrlə “Təhrike Taliban Pakistan”ın Pakistandakı kampaniyasını dəstəkləyən fətvalar veriblər. İhsanulla Tipu Məsud bu fonda bildirir: “İşlər get-gedə pisləşəcək. Pakistan hökuməti iddia edir ki, Pakistanda hücumlar gerçəkləşdirən intihar bombaçılarının azı 15-i Əfqanıstan vətəndaşıdır”. Ancaq əfqanıstanlı jurnalist və şərhçi Sami Yusafzay deyir ki, düşdükləri miskin durum üzündən İslamabadı günahlandıran əfqanlar arasında antipakistan ovqatının yüksək olması Talibanı İslamabada qarşı sərt ictimai mövqe tutmağa vadar edib: “Əfqanlar tərəfindən Pakistanın proksisi kimi görünmək Taliban üçün ciddi çatışmazlıqdır”. İslamabadın örtülü hərbi dəstəyi 1996-cı ildə Talibanın Əfqanıstanın əksər hissəsini ələ keçirməsinə imkan yaradıb. Daha sonra - 1996-cı ilin sentyabrında Taliban Kabildə hakimiyyəti ələ keçirəndən sonra Pakistan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Taliban hökumətini tanıyıb. Londonda yerləşən “Chatham House” beyin mərkəzinin Əfqanıstan üzrə eksperti Həmid Hakimi Talibanla Pakistan arasındakı münasibətlərin daha çox qarşılıqlı asılılığa doğru sürüşdüyü qənaətindədir. Onun sözlərinə görə, dünyada nüfuzu artmaqda olan Hindistanın regional hegemon kimi rolunu gücləndirməsi fonunda İslamabad Əfqanıstanla münasibətlərdə qeyri-sabitlik istəmir. O deyir ki, Talibanın Pakistan islamçı birlikləri ilə münasibətləri onun İslamabadın güvənlik isteblişmenti ilə bağlantılarından daha dərindir: “Kabillə İslamabad arasında zorakılığın eskalasiyası risqi yaranınca, bu əlaqə və şəbəkələr dərhal fəaliyyətə keçir”.

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

10.09.2024 | 17:37
Prezident Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30