Britaniya tankları da Kurska girdi...
“Sky News”un məlumatına görə, Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə hücumlar zamanı Böyük Britaniyanın “Challenger 2” tanklarından istifadə edir.
Telekanal xatırladıb ki, London Rusiya ərazisindəki hərbi hədəflərə qarşı Britaniya silahlarından istifadə etmək üçün Ukraynaya icazə verib. “Sky News” mənbəsinin məlumatına görə, bu icazə tankları da əhatə edir.
Bu isə o deməkdir ki, Rusiyaya qarşı döyüş meydanında Britaniya tərəfindən təchiz edilmiş tank əleyhinə raketlər, artilleriya, zirehli maşınlar və digər silahlardan istifadə oluna bilər. Lakin Böyük Britaniyanın “Storm Shadow” uzaqmənzilli raketləri Ukrayna sərhədlərindən kənarda istifadə edilə bilməz və Rusiya daxilindəki hədəflərə bu raketlərdən atəş açmağa icazə verilmir.
Britaniyanın “BBC”, “The Independent” kimi aparıcı nəşrləri də belə bir məlumat yayıb.
Böyük Britaniya Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələri məsələ ilə bağlı açıqlama verməyib.
TAHİR