Seçkilərlə bağlı 300-ə yaxın beynəlxalq müşahidəçi qeydə alınıb -MSK sədri
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.
M.Pənahov eyni zamanda qeyd edib ki, Milli Məclisə seçkilərlə əlaqədar 300-ə yaxın beynəlxalq müşahidəçi qeydə alınıb. MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 80 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib: "Bizim təxminimizə görə, bu rəqəm 100 mini keçəcək".
Mətləb Salahov