TƏCİLİ - Lənkəranda zəlzələ olub
Avqustun 15-də Lənkəran stansiyasından 75 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 08:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.
Mətləb Salahov