Ukrayna ordusu Kurskda irəliləyir – daha bir kənd ələ keçirildi, bölgədə hərbi komandanlıqlar yaradılır...
Ukrayna prezidenti Zelenski bəyan edib ki, lazım gələrsə, Rusiya ərazisinin Kursk vilayətində ələ keçirilən yerlərdə hərbi komandanlıq mərkəzləri yaradılacaq.
Zelenski “Telegram” hesabında verdiyi açıqlamada Kursk bölgəsindəki vəziyyətlə bağlı Ukrayna hərbi rəsmiləri ilə görüş keçirdiyini bildirib. Görüşdə müzakirə olunan məsələlər barədə məlumat verən Zelenski deyib ki, bunlar təhlükəsizlik, humanitar yardım, lazım gəldikdə hərbi komandanlıq mərkəzlərinin yaradılmasıdır.
“Ukrayna sərhədyanı rayonlarda özünü və xalqını müdafiə edir, Rusiya ərazisində fəal addımlar atır. Bizim qüvvələrimiz beynəlxalq konvensiyalara və beynəlxalq humanitar hüquqa uyğun addımlar atır” Zelenski bildirib.
Bu arada, Ukrayna mətbuatı Ukrayna əsgərlərinin Kursk bölgəsində Zaolenenka kəndini ələ keçirdiyi iddia edilib. Sosial şəbəkələrdə Ukrayna əsgərlərinin kənddə bayraqlar asdığı görüntülər yayılıb. Ukraynalı jurnalistlər də Rusiya ərazisindən yayıma başlayıblar.
Rusiya Müdafiə Nazirliyi isə, Kursk istiqamətində Ukrayna əsgərlərinə qarşı əməliyyatın davam etdiyini, Ukrayna ordusu son 24 saatda təxminən 270 əsgər və 16 zirehli texnika itirdiyini bildirib.
18 Ukrayna əsgərinin əsir götürüldüyü bildirilən açıqlamada, Ukrayna ordusu avqustun 6-dan bu yana Kursk istiqamətində 2300 əsgər və 37 tank, 32 zirehli transportyor, 18 piyada döyüş maşını, 192 zirehli texnika itirdiyi bildirilir.
TAHİR