Rusiya Kurska hücuma görə Ukrayna ilə sülh danışıqlarında bütün qapıları qapatdı
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Rodion Miroşnik bəyan edib ki, Rusiya tərəfi Ukraynanın Kursk bölgəsinə hücumlarla bağlı dost ölkələrlə qapalı məsləhətləşmələr aparır. Miroşnik bildirib ki, Ukraynanın bu regiona hücumları Rusiya ilə sülh danışıqları məsələsində uzunmüddətli fasilə yaradıb.

"Görüşlərdə bəzi Afrika ölkələrinin, Çin Xalq Respublikasının və bəzi digər ölkələrin nümayəndələri vəziyyəti aydın qiymətləndirərək, Kursk istiqamətində baş verən hadisələrlə bağlı narahatlıqlarını ifadə ediblər", - xüsusi nümayəndə bildirib.
Mironşik Qərb ölkələrinin Kursk bölgəsindəki vəziyyətə reaksiyalarını isə “korluq” və “karlıq” kimi qiymətləndirib.
TAHİR