Rusiya Kurskun daha bir rayonunu boşaldır - təxliyələr başladı...
Kursk vilayətinin Bolşesoldatski rayonunda əhalinin təxliyəsinə başlanıb. Bu barədə regionun rəhbəri Vladimir Zaitsev məlumat yayıb.
Rayondan bu günə qədər təxliyə olmadığını deyən Zaitsev bildirib ki, gedənlərin də hamısı özbaşına gedib, heç kim müdaxilə etməyib: "Bu gün biz təxliyəyə kimin ehtiyacı olduğu barədə məlumat toplayırıq”.
Regionun rəhbəri bildirir ki, insanlar çoxdur, lakin getmək istəmirlər.
Məlumat üçün bildirək ki, Kursk vilayətində yerləşən Bolşesoldatski rayonu Ukrayna sərhədi yaxınlığında yerləşmir.
TAHİR