Türkiyədə 11 nəfər kibercasus yaxalanıb
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Jandarma Qüvvələri komandanlığı və Milli Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (USOM) mütəxəssisləri ilə birlikdə kibercasusluqla məşğul olan şəxslərin müəyyən edilməsi üzrə birgə əməliyyat keçirib. Əməliyyat çərçivəsində dünyanın müxtəlif ölkələrinin minlərlə sakininin şəxsi məlumatlarının sonradan ayrı-ayrı qurumlara, o cümlədən terror təşkilatlarına satmaq məqsədi ilə qanunsuz toplanması ilə məşğul olan 11 nəfər saxlanılıb.
Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, cinayət qrupları üçün xüsusi əhəmiyyət kəsb edən məlumatlar hakerlərin cinayətkar şəbəkəsinin əlinə keçib.
Mətləb Salahov