KÖHNƏ VERSİYA            

Azərbaycanda İnternet bahalaşdıqca sürəti aşağı düşür - provayderlərin oyunu...

Image

Elyar İslamoğlu: “İnternetin qiymətinin artması və sürətin günü-gündən zəifləməsi insanlar arasında narazılıq yaradır”

Gündəlik həyatımızı İnternetsiz təsəvvür edə bilmirik, bütün sahələrdə buna böyük ehtiyac var. Amma gəlin görək, biz keyfiyyətli İnternet xidməti ilə təmin olunuruqmu? Təbii ki, yox.

Müxtəlif provayder şirkətlər İnternetin qiymətini qaldırdıqlarını elan etdikdən sonra bəzi ekspertlər bildirdilər ki, qiymət artımı keyfiyyət artımına səbəb olacaq. Guya qiymət artımında əsas məqsəd elə keyfiyyət artımını təmin etməkdir. Amma biz bunun əksini hiss etməkdəyik. Demək olar, həm evdə, həm işdə, həm də ictimai yerlərdə, tədbirlərdə İnternetdən istifadə edirik, amma təəssüf ki, kəsintisiz İnteret əldə etməyimiz mümkünsüzdür. İş yerlərində İnternetin sürəti sürünür desək, yəqin ki, bizə irad tutan tapılmaz, əgər kimsə buna cəhd edərsə, demək məsələyə obyektiv yanaşa bilmir. Çünki bu gün istənilən şəxs poçt şöbəsi, bank kimi yerlərə müraciət etdikdə “sistem donub” ifadəsilə üzləşə bilir. 

Tez-tez sosial şəbəkələrdən də oxuyuruq ki, insanlar həm evdə qaldığı günlərdə, həm də iş həyatlarında  sürətli İnternet üzünə həsrət qalıblar. Qiymətləri qaldırmaqdansa, əhaliyə güzəştlər etməkdənsə, qiyməti qaldırıb İnternetin vəziyyətini daha da bərbad hala salıblar. 

İnternetin sürətinin zəif olması ilə bağlı şikayətlər günü-gündən artsa da, təəssüf ki, əlaqədar qurumlar, provayder şirkətləri, bu işlə məşğul olan özəl qurumlar reaksiya vermək əvəzinə susurlar. Normal yanaşsaq, qiymət artımı keyfiyyətli xidmətə səbəb olmalıdır, bizdə isə belə deyil. Bir tərəfdən qiyməti artırırlar, o biri tərəfdən keyfiyyəti aşağı salırlar. 

Təsəvvür edin ki, bir yazını, bir məktubu elektron poçt vasitəsilə göndərmək üçün insanlar nə qədər əziyyət çəkir. İnternetin sürətinin zəif olması nəticəsində bir sıra hallarda göndərdiyin yazı heç ünvanına da çatmır, ilişib öz poçtunda qalır. 

İnternet üzərindən onlayn ödəniş indi dəbə minib. Amma gəlin görək, kimsə bunu əziyyət çəkmədən edə bilirmi? Əlbəttə, edə bilmir. Qazın kartına, işığın, suyun kartına onlayn ödəniş edirsən, əksər vaxt əməliyyat baş tutmur, ASAN kommunala  gedirsən və aydın olur ki, nəinki əməliyyat baş tutmayıb, hətta kartdakı bütün informasiyalar silinib. Araşdırıb görürsən ki, bu, İnternetin sürətinin zəif olması ilə bağlıdır və İnternet zəif olduğu üçün əməliyyat alınmayıb. Abonent onlayn qaydada ödənişi həyata çevirə bilmədiyi üçün nə qədər əziyyət çəkir. Problemə səbəb isə sürətsiz İnternetdir. 

Uzun müddətdir smart sayğacların balansının onlayn qaydada artırılması təbliğ olunsa da, bunun müştərilər üçün daha asan bir proses olduğu deyilsə də, təəssüflər olsun ki, bərbad İnternet üzündən abonentlər bu xidmətdən lazımı qədər istifadə edə bilmir. Əslində, bu xidmət insanların rahatlığını təmin etmək, evdən çıxmadan bu xidmətlərdən yararlanmaq üçündür. Amma  deyildiyi kimi, bu da keyfiyyətsiz, sürətsiz İnternetlə bağlıdır. Elə bir vətəndaş tapılmaz ki, İnternetin sürətindən razı qalsın. Bu, eyni zamanda İnternetlə işləyən televizor aparatlarına da aiddir. TV-yə baxmaq olmur. Hələ mən onlayn tədris zamanı üzləşdiyimiz problemləri yada salmıram. Distant təhsil zamanı şagirdlərin və valideynlərin yaşadıqları bütün ölkəyə məlumdur. Qoşulma o qədər keyfiyyətsiz olur ki, şagird müəllimi, müəllim də şagirdi başa düşə bilmir, səs qırıq-qırıq gəlir. Mobil telefonlarda da İnternet çox zəifdir, aldığımız meqabaytın gücü yetərli deyil, sürəti zəifdir.  Eləcə də redaksiyalarda bəzən saatlarla normal İnternet almaq olmur. Provayder şirkətə zəng vurub şikayətini bildirəndə onların cavabı belə olur ki, biz normal İnternet veririk, siz  WI-FI-ı söndürüb yenidən yandırın. Niyə normal İnternet vermirsiz ki, abonenti artıq əziyyətə salırsız? Obonentin vəzifəsi ödənişi vaxtlı-vaxtında qəpiyinə qədər ödəməkdirsə, şirkətlərin də öhdəliyi kəsintisiz, keyfiyyətli İnternet xidməti göstərməkdir.  

“İnternet bahalaşdıqca sürət və keyfiyyət artmalı olduğu halda, bizdə İnternetin sürəti get-gedə bərbad hala düşür” 

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, İnternetin sürətinin zəif olması hər bir Azərbaycan vətəndaşının yaralı yeridir və bu səbəbdən də bu problem hər zaman gündəmdə olmalıdır. “Ölkəmizdə İnternetin keyfiyyəti həddən artıq aşağıdır, sürət çox zəifdir. Biz gözləyirdik ki, qiymətləri aşağı salıb sürəti artırarlar, İnternetin keyfiyyəti yüksələr. Amma biz görürük ki, artıq bir neçə aydır İnternetin qiyməti artıb, keyfiyyəti isə aşağı düşüb. Rayonlarda, kənd yerlərində insanlar yalnız vatsap vasitəsilə ya görüntülü, ya da yazışmaqla yaxınları ilə hal-əhval tuturlar.  Ən pisi də odur, indi insanlara seçim imkanı verilmir və məcbur edilirlər ki, hər kəs 25 manatlıq İnternetdən istifadə etsin. Guya 25 manatlıq internetin sürəti, keyfiyyəti daha yaxşı olacaq. Amma belə deyil, keyfiyyətdə heç bir müsbət dəyişiklik yoxdur. Yaxşı olardı ki, şirkətlər insanların maddi vəziyyətini nəzərə alsınlar. Amma təəssüflər olsun ki, xüsusən də rayon yerlərində insanlar 25 manatlıq İnternet almağa məcbur edilir. Çünki vatsap proqramı ilə görüntülü danışmaq, yaxud yazışmaq üçün aşağı sürətli İnternet də bəs edir. Çox yaxşı olar ki, İnternetin qiyməti 10 manatdan başlasın. 10, 15, 20, 25 manata olsun və sürət də onlara uyğun tənzimlənsin. Amma birdən-birə insanlara “25 manatlıq İnternet almalısan, 25 manatdan aşağı qiymətə internet yoxdur”deyirlər. Bu da həddindən artıq narazılıq yaradır. Onsuz da yanacağın qiymətinin artması ilə əlaqədar kənd təsərrüfatı, qida məhsullarının qiymətində də ciddi bahalaşma var. Bütün bunlarla yanaşı, eyni zamanda İnternetin qiymətinin artması və sürətin də günü-gündən zəifləməsi insanlar arasında   narazılıq yaradır.  

Fikrimcə, yeni təyin olunan məmurlar xalqın içinə girmirlər, onların problemləri ilə maraqlanmırlar, xalqın dolanışığından xəbərləri yoxdur. Belə olmasaydı birdən-birə ən aşağı sürətdə İnternetin qiymətini 25 manata qaldırmazdılar. Bir İnternet istifadəçisi kimi bu halları narazılıqla qarşılayıram. 

Sosial şəbəkələrdə bir neçə gündür ki, bununla bağlı ciddi narazılıqlar var. Yalnız sadə vətəndaşlar deyil, jurnalistlər, alimlər, həkimlər, müəllimlər, digər sahə təmsilçiləri bu haldan razı deyillər”.

E.İslamoğlunun sözlərinə görə, bir neçə həftədən sonra dərslər başalayacaq və İnternetə tələbat daha da artacaq. O qeyd etdi ki, çünki müəllimlərin şagirdlərə verdiyi tapşırıqların əksəriyyətinə İnternetdən, YoTube-dən, google proqramlar vasitəsilə aydınlıq gətirmək olur. “Ona görə də hər kəs məcburdur ki, İnternetdən istifadə etsin. Dünyada İnternetin qiyməti düşür, onlar daha çox vətəndaş məmnunluğunu təmin etməyə əhəmiyyət verirlər, bizdə isə tamamilə əksinə hallar baş verir. İnternetin bahalaşmasına ad tapa bilmirəm, bu işdə “əməyi” olan, internetin bahalaşmasına çalışan məmurlara demək istəyirəm ki, istənilən qərarı verərkən camaatın vəziyyətini nəzərə alın. 

İnternet bahalaşdıqca sürət və keyfiyyət artmalı olduğu halda bizdə internetin sürəti get-gedə bərbad hala düşür” - deyə E.İslamoğlu bildirdi. 

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 22:22
Fəlsəfə və Sosiologiya İnstitutunda vacib təyinat - Faiq Ələkbərli şöbə müdiri təyin edilib

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

13.09.2024 | 13:58
Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 13:42
Ukrayna Qərb tanklarını döyüşlərdə istifadə edə bilmir - 31 Amerika tankından 20-ni artıq itirib...

13.09.2024 | 13:35
İordan çayının qərb sahilində öldürülən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula aparıldı

13.09.2024 | 13:16
Oğuzda narkokuryerliyə görə 2 qardaş həbs edildi - FOTO

13.09.2024 | 13:03
Нездоровая логика армяноидного политолога - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.09.2024 | 12:47
Tələbələrə “onlayn” formada xaricdə təhsillə bağlı xəbərdarlıq edildi...

13.09.2024 | 12:13
Hesablama Palatasından QƏRAR - Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

13.09.2024 | 12:06
Sergey Şoyqu Kim Çen In ilə görüşüb

13.09.2024 | 12:00
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN açıqlama yaydı

13.09.2024 | 11:56
Formula 2 komandalarının sərbəst yürüşləri başa çatdı

13.09.2024 | 11:20
Maradonanın ölümü ilə bağlı məhkəmə iclası yenə təxirə salındı

13.09.2024 | 11:16
Rusiyadan QƏRAR - Polşa telekanalı “arzuolunmaz” elan edidi

13.09.2024 | 11:11
“Formula 1” ilə əlaqədar Bakı metropoliteninin iş rejimi 2 saat uzadılıb

13.09.2024 | 11:03
Paşinyanın "13+3" aferizmi təhlükəli bir oyundur - CANLI

13.09.2024 | 11:00
Bu gün “Araz-Naxçıvan” - “Kəpəz” matçı ilə VI tura start veriləcək

13.09.2024 | 10:53
Şahdağa qar yağıb - Faktiki hava şəraiti

13.09.2024 | 10:20
"Bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır" - "Red Bull" pilotu

13.09.2024 | 10:16
Türkiyədə silah qaçaqçılarına qarşı əməliyyat keçirilib

13.09.2024 | 10:06
“Biz tarix yazdıq – 1 milyard izləyici!" - Ronaldo sosial şəbəkədə də rekord vurdu

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30