KÖHNƏ VERSİYA            

“Elmlərdən” 20-ci Sahəyə işləyən 53-cü marşrutun avtobusları bu gündədir - qiymət niyə bahalaşdı?..

Image

Paytaxtın avtobus təsərrüfatı günü-gündən bərbad vəziyyətə düşür. COP29-a hazırlıq ərəfəsindəyik və bütün dünyanın diqqəti Bakıdadır. Bizi istəyənlərlə yanaşı istəməyənlər də var, sonuncuların sayı daha çoxdur. 

Avtobuslar paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sıx-sıx istifadə etdiyi ictimai nəqliyyat vasitəsidir. Son dövrlər ictimai nəqliyyatın gediş haqqı da qaldırılıb. Gediş haqqı qaldırılsa da, xidmətin səviyyəsi çox aşağıdır. Bundan başqa, hələ də paytaxtda istismar müddəti çoxdan başa çatmış, sınıq-salxaq,  qəzalı vəziyyətdə olan avtobuslar xəttə buraxılır. Məsələn, 53, 120, 206, 31 saylı marşrut avtobuslar dediyimizə əyani misaldır. Yəqin o avtobus marşrutlarından istifadə edən sərnişinlər də vəziyyətin hansı dərəcədə ağır olduğunu təsdiqləyər. Özümüz də sərnişin kimi, xüsusən də 53 saylı avtobusdan istifadə edirik.   

“Elmlər Akademiyası” metro stansiyasının qarşısından 20-ci Sahəyə işləyən, 20-ci Sahəyə çatana qədər 20-dən çox ünvan dolaşan 53 saylı marşrurt avtobusları nəinki sınıq-salxaqdır, hətta bu avtobusların salonları belə əməlli-başlı çirkab içindədir. Oturacaqları, yeri antisanitariya mənbəyidir desək bizə irad bildirən tapılmaz. Özü də ki, hələ xüsusi karantin rejimi bitməyib və hələ də insanların başı üzərində Covid-19 xofu dolaşır. Amma bu avtobusların salonu mikrob, çirkab  mənbəyidir, avtobusdan üfunət yağır. Onlarda da gediş haqqı 50 qəpikdir. Şirkət avtobusu təzələmək, çirkablardan təmizləmək əvəzinə qiyməti artırıb. Hansı xidməti göstərir ki, qiyməti tez-tələsik artırıb?  

Heç olmasa şirkət avtobusu təzələsin, xidmətinin keyfiyyətini artırsın, sonra qiymət artımına getsin. Sosial-ekoloji problem mənbəyi olan bu sahədə köhnə, nimdaş, çirk içində olan bu avtobuslar xəstəlik mənbəyi kimi insanları narahat edir. 

Bu gün 53 saylı marşurutlar üzrə istifadə edilən avtobuslar ölkəyə 2006-cı ildən gətirilib, düz 18 il bundan əvvəl gətirilən bu ictimai nəqliyyat vasitələri artıq yararsız haldadır. Hamı xalqın cibini soyur, amma keyfiyyətli xidmətlər yada düşmür. Deyim ki, 53 saylı avtobus marşurutunun vəziyyəti sosial şəbəkələrdə də  geniş müzakirə olunur və bu sahədə ictimai narazılıqlar var.

53 saylı avtobusu idarə edən sürücülərlə söhbətimiz zamanı onlar da bildirdilər ki, onu sürmək çox çətindir və risqlidir. Sürücülərin sözlərinə görə, şirkət onlara deyib ki, COP29-a qədər avtobus parkını təzələyəcək və xəttə yeni avtobuslar buraxılacaq...

İlqar Hüseynli: “...Bu birbaşa şirkətlərin məsuliyyətidir”

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bu çox dərin problemdir. İ.Hüseynlinin sözlərinə görə, bütün xətlər üzrə xidməti özəl sektor yerinə yetirir, burada dövlət qurumları iştirak etmir. “Özəl sektor bəzən daha çox  marşrut xəttinə sahiblənmək istəyir. Amma onlar yeni avtobuslar almaq, köhnə avtobusları daha komfortlu avtobuslarla əvəz etmək, bu sahədə maliyyə imkanlarını səfərbər etmək gücündə ola bilmirlər. Gediş haqlarının qaldırılması şirkətlərə bağlı məsələ deyil, bu birbaşa Tarif Şurasının ümumi baxışıdır, qiymətləri Tarix Şurası qaldırıb. Bir sıra sahələrdə qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Məsələn, yanacağın, ictimai nəqliyyatın, dərmanların və sairin qiymətlərindən söhbət gedir. Düzdür, burada guya o sahənin əməkdaşları Tarif Şurasına əvvəlcədən xəbərdarlıq məktubu göndərirlər. Tutalım, bu qiymətə qaldırılsın. Bütövlükdə qiymətə nəzarət edən şuradır. Bunu bir tərəfə qoyaq. Amma marşurutlardan vətəndaşlar məmnun deyilsə, istilik, soyutma sistemi yoxdursa, salonlar çirk içindədisə, gecikmələr kimi məsələlər olursa, bu birbaşa şirkətlərin məsuliyyətidir”-deyə bildirən İ.Hüseynli hesab edir ki, vətəndaşlar özləri də ictimai nəzarətçi rolunu oynamalıdır, daim tənzimləyici qurumlara,  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciətlər etməlidirlər. “Vətəndaşlar da öz hüquqlarını tələb etməlidirlər. Bu mənada, burda artıq ox yaydan çıxıb, qiymətlər onsuz da bahalaşıb, amma keyfiyyətli xidmət yoxdur. Yadınıza gəlirsə, deyirdilər ki, biz vətəndaşlara daha keyfiyyətli xidmət təklif edəcəyik, amma bu yoxdur. Bilirdik ki, vəd edilənlər olmayacaq. Çünki əvvəlcədən proqnozlaşdırmışdıq”-deyə bildirən İ.Hüseynli qeyd etdi ki, eyni zamanda taksi ilə bağlı analoji problem var. O hesab edir ki, avtomobil parkı yenilənməlidir və bunu da onlardan AYNA tələb etməlidir: “Qurumlar arasında belə bir süründürməçilik var”.

Elməddin Muradlı “Həmin xətt üzrə həqiqətən də köhnə avtobuslar istismardadır” 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə də, 53 nömrəli avtobus Bakıda bir çox marşrustlar kimi problemli marşrutdur. “Həmin xətt üzrə həqiqətən də köhnə avtobuslar istismardadır. Vətəndaşlar da bundan çox narahatdır. O marşurutun bir az başı bəlalıdır. O vaxt 20-ci Sahə ərazisində sürüşmə oldu, Badamdardan düşən yolda. O vaxt onun marşrutu da dəyişdi. Yəni hazırda Badamdar sakinləri də, 20-ci Sahənin üst hissəsində yaşayanlar da narazıdır ki, marşrut tam əhatə olunmur. Fövqəladə Hallar Nazirliyi həmin marşruta müsbət rəy vermir ki, ora təhlükəlidir, baxmayaraq ki, orda tikinti gedir. Ona görə də, bildiyim qədər, 53 nömrəli marşrutun AYNA tərəfindən müsabiqəyə çıxarılması nəzərdə tutulur və çox güman ki, ona yeni sahibkar cəlb olunacaq. Belə olan halda yəqin ki, avtobusların dəyişməsi də qaçılmazdır”-deyə bildirən E.Muradlının sözlərinə görə, müsabiqəyə çıxarılanda müsabiqə şərtləri avtobusların texniki parametrləri ilə bağlı olur. O qeyd etdi ki, avtobuslar müasir və komfortlu olmalıdır, orada istilik-soyutma siteminin olması mütləqdir. Müsahibimiz vurğuladı ki, burada bir sıra məsələlər öz həllini tapmalıdır. 

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 22:22
Fəlsəfə və Sosiologiya İnstitutunda vacib təyinat - Faiq Ələkbərli şöbə müdiri təyin edilib

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

13.09.2024 | 13:58
Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 13:42
Ukrayna Qərb tanklarını döyüşlərdə istifadə edə bilmir - 31 Amerika tankından 20-ni artıq itirib...

13.09.2024 | 13:35
İordan çayının qərb sahilində öldürülən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula aparıldı

13.09.2024 | 13:16
Oğuzda narkokuryerliyə görə 2 qardaş həbs edildi - FOTO

13.09.2024 | 13:03
Нездоровая логика армяноидного политолога - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.09.2024 | 12:47
Tələbələrə “onlayn” formada xaricdə təhsillə bağlı xəbərdarlıq edildi...

13.09.2024 | 12:13
Hesablama Palatasından QƏRAR - Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

13.09.2024 | 12:06
Sergey Şoyqu Kim Çen In ilə görüşüb

13.09.2024 | 12:00
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN açıqlama yaydı

13.09.2024 | 11:56
Formula 2 komandalarının sərbəst yürüşləri başa çatdı

13.09.2024 | 11:20
Maradonanın ölümü ilə bağlı məhkəmə iclası yenə təxirə salındı

13.09.2024 | 11:16
Rusiyadan QƏRAR - Polşa telekanalı “arzuolunmaz” elan edidi

13.09.2024 | 11:11
“Formula 1” ilə əlaqədar Bakı metropoliteninin iş rejimi 2 saat uzadılıb

13.09.2024 | 11:03
Paşinyanın "13+3" aferizmi təhlükəli bir oyundur - CANLI

13.09.2024 | 11:00
Bu gün “Araz-Naxçıvan” - “Kəpəz” matçı ilə VI tura start veriləcək

13.09.2024 | 10:53
Şahdağa qar yağıb - Faktiki hava şəraiti

13.09.2024 | 10:20
"Bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır" - "Red Bull" pilotu

13.09.2024 | 10:16
Türkiyədə silah qaçaqçılarına qarşı əməliyyat keçirilib

13.09.2024 | 10:06
“Biz tarix yazdıq – 1 milyard izləyici!" - Ronaldo sosial şəbəkədə də rekord vurdu

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30