KÖHNƏ VERSİYA            

Bəzi universitetlərin pedaqoji ixtisaslarına qəbul dayandırılacaq(?)

Image

İlqar Orucov: “Pedaqoji ixtisaslar üzrə də qiyabi təhsil yığışdırılmalıdır”

Azərbaycanda bir sıra universitetlərdə qiyabi ixtisaslar ləğv edilib. Yerli medianın verdiyi məlumata görə, 15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.

Belə ki, 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Milli Aviasiya Akademiyasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Sumqayıt Dövlət Universitetində, Mingəçevir Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində əsasən mühəndisliklə bağlı ixtisaslarında (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.

Həmçinin BDU-da kompüter elmləri ixtisasında da qiyabi formaya qəbul mümkün olmayacaq.

Maraqlıdır ki, siyahıda ali məktəblərin pedaqoji ixtisaslarına rast gəlinmir. Halbuki, bu sahədə də qiyabi təhsilin ləğv edilməsinin tərəfdarı olanlar var. Bu fikirdə olanlar qeyd edirlər ki, son dövrlər daha çox sayda müəllim iş yerini itirir, ali təhsilli müəllimlər işsiz qalır, bu gün ölkədə böyük bir işsiz müəllim ordusu var. Eyni zamanda Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının, sertifikasiyaların keçirilməsi nəticəsində saysız müəllimin iş yerini itirdiyi məlumdur. Sertifikasiya imtahanı keçirib müəllimləri ixtisara salmaqla bərabər (bu sahədə müəllim çoxdursa), pedaqoji ixtisaslarda həm   qəbul sayını azaltmaq, həm də qiyabi təhsili ləğv etmək lazımdır. Bir halda ki, pedaqoji sahəni bitirib işsiz qalır, onda nə üçün gedib o ixtisas üzrə oxumalıdır ki? Siyahıya pedaqoji ixtisasların da əlavə edilməli olduğunu deyən ekspertlər sual edirlər ki, qiyabi pedaqoji ixtisaslar niyə ixtisara salınmır? Ekspertlərə görə, müəllimin hörmətinin qalxması üçün bu üsuldan istifadə etmək lazımdır. Bu adamlar zamanında başqa ixtisaslar seçərlər ki,  əlində diplom ortada qalmasınlar. 

“Azərbaycanda qiyabi təhsil forması bütövlükdə ləğv olunmalıdır” 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində “Ümumiyyətlə fikirləşirəm ki, pedaqoji ixtisaslar da daxil olmaqla, bütün ixtisaslar üzrə qiyabi təhsil ləğv olunmalıdır. Çünki pedaqoji və qeyri-poedoqoji ixtisaslarda qiyabi təhsilin aparılması keyfiyyətsiz diplomluların cəmiyyətdə yer almasına gətirib çıxara bilər. Eyni zamanda universitet onlara güzəştlər etməyə məcbur qalır. Bu baxımdan hesab edirəm ki, həmçinin ölkədə pedaqoji ixtisaslar üzrə də qiyabi təhsil yığışdırılmalıdır. Ölkə ali məktəblərində qiyabi təhsilin ləğv edilməsinin tərəfdarıyam. Düşünürəm ki, qiyabi təhsil gələcəkdə yerini distant və yaxud hibrid təhsilə verməlidir. Baxmayaraq ki, qanunvericilikdə distant və hibrid təhsil yer almayıb, bu halda ümumilikdə qiyabi təhsilin də təhsil forması olaraq ölkədə ləğv olunması, fikrimcə, faydalı olar”-deyə bildirdi. 

İ.Orucov qeyd etdi ki, 2024-2025-ci tədris ilində 15-ə yaxın universitetdə qiyabi ixtisislarda tələbə qəbulunun aparılmaması müsbət haldır: “Qiyabi təhsilin ləğv olunması zaman-zaman gündəmdə olub. Xatırlayıram, təxminən 2010-cu ildən başlayaraq təhsil ekspertləri, mütəxəssislər qiyabi təhsilin keyfiyyət baxımından effektsizliyini gündəmə gətirdilər. Eyni zamanda paralellər, müqayisələr apardılar və onların fikirləri kifayət qədər əsaslı idi. Ümumilikdə qiyabi təhsil formasının keyfiyyət baxımından özünü nə dərəcədə doğrultduğunu hamımız bilirik. SSRİ dövründə təhsil sistemi  əyani, qiyabi və axşam təhsil forması kimi formalaşmışdı. Qiyabi təhsil elə o vaxtlar da keyfiyyətsiz təhsil forması idi. Bu heç kimə sirr deyil. Əyani təhsil formasında təhsil alan, əyani şöbədə oxuyanlar istehsalatdan ayrılmalıdırlar, onlar işləyə bilməzlər. Ona görə də işləyən insanlar, xüsusən də rayon yerlərində yaşayıb çalışanlar üçün qiyabi təhsil forması yaradılmışdı. Biz bilirik, həmin dövrdə də qiyabi təhsil formasında keyfiyyət necə idi? Daha çox rüşvət halları məhz elə qiyabi təhsil alan tələbələr arasında tüğyan edirdi. Birinci il iki semestr tələbə “hazırlaşırdı” və gəlib “imtahan” verirdi. Çünki onların necə imtahan verdiyi hamıya məlumdur. Təbii ki, qiyabi təhsil alan tələbə hazırlaşa bilmir. Gedib bizim kitabxanalara baxın, görün ora nə qədər qiyabi tələbələr gəlib tədris vəsaitindən istifadə edirlər? Təbii ki, belə hallar yoxdur, barmaqla sayılasıdır. Kiyabxanalara gedənlər əyani oxuyan tələbələrdir. Ona görə də qiyabi formada təshil almış məzunların bilik səviyyəsi birmənalı olaraq aşağıdır, keyfiyyətsizdir, həm də neqativlərə yol açır. Universitetlər qiyabi təhsili niyə saxlamaq istəyirlər? Çünki universitetlərdə qiyabi təhsil alanlar daha çox ödənişli təhsil alanlardır və universitetlər də maraqlı idilər ki, tələbə pulunu köçürüb gəlir, ona da sınıq-salxaq bir 3, indiki anlamda desək, keçid balını  yazırdılar, o da çıxıb gedirdi. Kəsiri, kretidi olanda yenə də ödəniş edirdi. 

Bundansa, bəlkə biz axşam təhsilini yaradaq? Ən azı, şəhərdə yaşayan və işləyən insanlar üçün axşam təshilini yaratsaq hər halda qiyabi təhsildən bir az keyfiyyətli təhsil verə bilərik. Bir neçə saat olsa belə, tələbə gəlib axşam saatlarında universitetlərdə təhsil ala, proqram çərçivəsində dərs öyrənə bilər. Ona görə də, hesab edirəm ki, Azərbaycanda qiyabi təhsil forması bütövlükdə ləğv olunmalıdır. Onların əvəzində ali məktəblərdə distant və hibrid təhsil formasının təmin olunması vacibdir. Mən universitetləri də qınamıram, çünki bizim bu sahədə bazamız yoxdur. “Ali Təshil Haqqında” qanunda distant təhsil forması əksini tapmasa universitetlər ona keçid edə bilməzlər. Keçid etsələr də faydası olmayacaq, çünki diplomu tanınmayacaqsa bunun mənası yoxdur”. 

İ.Orucov hesab edir ki, iniversitetlər üçün hüquqi müstəvidə imkanları genişləndirmək lazımdır, bu olmalıdır. Növbəti parlament dövründə Elm və Təhsil Komitəsinin bu məsələlər üzərinə gedəcəyinə ümid etdiyini deyən İ.Orucovun sözlərinə görə, distant və yaxud hibrid təhsil formasında ali təhsil verə bilsək, bu daha effektli olar, nəinki qiyabi təhsil. 

O hesab edir ki, 15-ə yaxın ali məktəbdə müxtəlif ixtisaslar üzrə qiyabi təhsilin ləğvi çox doğru qərardır, yaxşı olardı ki, bütün ölkə ali məktəblərini də əhatə etsin. Qiyabi təhsilin neqativlərə yol açdığını deyən İ.Orucovun sözlərinə görə, neqativlik odur ki, məzuna verilən diplom keyfiyyətsiz diplomdur. “Bu diplomla sabah əmək bazarında bu adamlar özlərinə iş tapa bilməz. Necə ola bilər ki, il boyu sən dərsə gəlmə, heç zaman oxuma, bu effekt verəcək? Qətiyyən. Təlim-tədrisdə interaktivliyi təmin etməyən, dərsdə oturmayan tələbənin nə biliyi olar? Qiyabi təhsil alan tələbələrin davranışına baxanda aydın görünür ki, o, auditoriya görməyib. Auditoriya görməyən tələbənin hansı “biliyə” malik olması dərhal müşahidə olunur”-deyə İ.Orucov əlavə etdi. 

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

SON XƏBƏRLƏR

09.09.2024 | 09:20
Küveyt Əmiri neft nazirini işdən qovdu

09.09.2024 | 09:16
“Yaqi” qasırğası bu ölkədə 21 nəfərin həyatına son qoydu

09.09.2024 | 09:12
Trampla teledebatlara hazıram - Kamala Harrisdən AÇIQLAMA

09.09.2024 | 09:10
Bakının mərkəzində bu yerlər bağlandı- ayın 17- si saat 8.00- dək....

09.09.2024 | 09:00
Ağdaşda 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

08.09.2024 | 20:43
Rusiyanı özündən çıxaracaq xəbər yayıldı - Paşinyan Kiyevə silah göndərməyə başladı...

08.09.2024 | 18:26
Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...

08.09.2024 | 17:33
Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...

08.09.2024 | 17:00
İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi - xəbərlər təsdiqlənsə...

08.09.2024 | 11:33
Göygöldə 3 bal gücündə zəlzələ oldu...

08.09.2024 | 10:43
Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...

08.09.2024 | 09:30
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

07.09.2024 | 23:47
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

07.09.2024 | 20:16
Rusiya raket hücumu təhlükəsinə qarşı qırıcılarını Ukrayna sərhədindən azı 300 km geriyə çəkdi...

07.09.2024 | 19:15
Makronun təyinatı Fransanı ayağa qaldırdı - ölkəni etiraz aksiyaları bürüdü...

07.09.2024 | 18:56
Rusiya Ermənistanın imzasını geri götüzdürdü - Ukraynadakı cinayətlər...

07.09.2024 | 18:35
Vilayət Eyvazov TDT dövlətlərinin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib - FOTO

07.09.2024 | 18:08
Ağdam və Bakıda maşın qaçıranlar tutuldu...

07.09.2024 | 17:51
İran vətəndaşına narkokuryerlik edən Ağcabədi sakini saxlandı...

07.09.2024 | 17:36
İtaliyadan Rusiyaya silah göndərən İrana təhdid kimi xəbərdarlıq - gərginliyi artırmayın...

07.09.2024 | 17:01
Bazar " Hundai"nin bu hissələrinin saxta variantları ilə doludu....

07.09.2024 | 16:52
Erməni məktəblərində rus dili siyahıdan silindi...

07.09.2024 | 16:31
Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

07.09.2024 | 15:27
Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

07.09.2024 | 14:48
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib - FOTO

07.09.2024 | 13:55
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

07.09.2024 | 13:18
Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi - FOTO

07.09.2024 | 13:14
Kapadokiya – Türkiyənin nağıl dünyası,tarixi incisi...

07.09.2024 | 13:00
Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

07.09.2024 | 12:53
İran səfiri Zəngəzur dəhlizinə "heç vaxt real olmayacaq xəyal" dedi - həm də ermənilərin yanında...

07.09.2024 | 12:30
Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

07.09.2024 | 11:58
Prezident İlham Əliyev Braziliya liderini təbrik edib

07.09.2024 | 11:34
Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddə xidmət edən hərbçilərlə görüşüblər - FOTO

07.09.2024 | 11:00
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib

07.09.2024 | 11:00
Antoni Blinken Andriy Sibiqaya zəng edib

07.09.2024 | 10:30
Məsud Pezeşkian Rusiyaya səfər edəcək

07.09.2024 | 10:15
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı...

07.09.2024 | 10:06
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

07.09.2024 | 10:00
Co Bayden Kir Tarmet ilə gələn həftə görüşəcək

07.09.2024 | 09:31
Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır - bəs biz?

07.09.2024 | 09:30
Bakıda 5 otaqlı ev yanıb

07.09.2024 | 09:16
Millətlər Liqası: kim uddu, kim uduzdu?

07.09.2024 | 09:10
Daha 27 ailə Şuşaya köçürülüb

07.09.2024 | 09:07
Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

07.09.2024 | 08:43
Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək - azərbaycanlılar təlaşlanıb...

06.09.2024 | 23:49
Şuşada 32 ildən sonra ilk toy mərasimi... - FOTO

06.09.2024 | 23:42
Qarımış hay xislətinin “erməni” arzusu...

06.09.2024 | 21:56
Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

06.09.2024 | 21:18
Erməni müxalifəti də keşişdən imtina edir - Paşinyana qarşı yeni cəbhə qurulur...

06.09.2024 | 21:03
Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

06.09.2024 | 20:50
QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

06.09.2024 | 20:34
Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

06.09.2024 | 20:28
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü ilə bağlı VİDEOÇARX...

06.09.2024 | 20:20
İran-Rusiya əhatəli müqaviləsi pozula bilər - Zəngəzur dəhlizi vəziyyəti gərginləşdirdi...

06.09.2024 | 20:06
Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

06.09.2024 | 19:52
Rusiya “Azərbaycan-Ermənistan balanslı saziş” ideyasını gündəmə gətirdi...

06.09.2024 | 19:38
Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

06.09.2024 | 19:25
Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

06.09.2024 | 19:12
Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

06.09.2024 | 18:58
İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

06.09.2024 | 18:44
Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

06.09.2024 | 18:30
Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu - 130 milyon...

06.09.2024 | 18:15
Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

06.09.2024 | 18:06
Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

06.09.2024 | 17:52
Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı - Zaxarova hələ ümidlidir...

06.09.2024 | 17:50
Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

06.09.2024 | 17:46
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sentyabrın 10-da ödəniləcək

06.09.2024 | 17:40
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliyaya səfərinin ikinci gününə həsr olunmuş videoçarx yayımlanıb - VİDEO

06.09.2024 | 17:38
Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

06.09.2024 | 17:33
"Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir" - Prezident İlham Əliyev

06.09.2024 | 17:25
Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

06.09.2024 | 17:12
Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

06.09.2024 | 17:00
Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...

06.09.2024 | 16:43
BTQ Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı beynəlxalq qurumlara müraciət etdi...

06.09.2024 | 16:30
"AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək" - Prezident

06.09.2024 | 16:20
Trampın 7 ölkəni F-35 proqramından çıxarmaq planı – onlarla müharibə vəziyyətində olsaq, nə edəcəyik?..

06.09.2024 | 16:10
Dövlət Agentliyi dərsliklərlə bağlı valideynlərə müraciət etdi...

06.09.2024 | 15:58
ABŞ-dan İsrailə xəbərdarlıq - təyyarə gəmilərimiz sizi İrandan əbədi qoruya bilməyəcək...

06.09.2024 | 15:48
Prezident İlham Əliyev: "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"

06.09.2024 | 15:42
COP29 çərçivəsində Liderlər Sammiti keçiriləcək

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30