ABŞ-dan HƏMAS-ın yeni lideri ilə bağlı açıqlama - əsas qərar verən şəxs olub...
ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Vaşinqton Yaxın Şərqdə gərginliyin artmasının fəsadları barədə İran və İsrailə birbaşa xəbərdarlıq edib.
“Heç bir ölkə bu münaqişəni qızışdırmamalıdır. Biz müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatiya aparmışıq və bu mesajı birbaşa İrana, həmçinin İsrailə çatdırmışıq”.
Növbəti hücumlar yalnız heç kimin proqnozlaşdıra bilməyəcəyi və heç kimin idarə edə bilməyəcəyi təhlükəli nəticələrə səbəb ola bilər. Bölgədəki hər kəs vəziyyəti qiymətləndirməli, gərginliyi aradan qaldıracaq və onu artırmayacaq qərarlar qəbul etməlidir”, – deyə Blinken bildirib.
ABŞ dövlət katibi Yəhya Sinvarın HƏMAS-ın siyasi qanadının yeni lideri təyin edilməsinə də münasibət bildirib. Blinken deyib ki o, atəşkəsə nail olunması ilə bağlı əsas qərar verən şəxs olub: "Bu, həlledici məqamdır. Danışıqlar son mərhələyə çatıb və biz inanırıq ki, tərəflər tezliklə finiş xəttinə çatacaqlar”.
TAHİR